Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

пятница, 2 июля 2010 г.

Ölüm
Düşündüm bir anlıq, nədir bu ölüm?

Haqqa qovuşmaqır, həqqidir ölüm.

Dünya imtahandır, qəbirdir ölüm.

Dünyadan sonrakı dünyadı ölüm.
Yatanda baxdım ki, ölübdü çismim.

Yadımdan cıxıbdı vallah öz ismim.

Bu bir sübutdur ki, öləçək çismim.

Allah huzuruna gedəcək cismim.
Sağ üzüstə qoyub məzara məni,

Mələklər imtahan edəşək məni.

Qəbir vəhşətinə lal etmə məni,

Rəhm eylə ilahi, zikr edim səni.
Onda düşünəçəm, sənsən həqq ölüm.

Dünyada etmişəm nəfsimə zülüm.

Cox az əməl yığdım qəbircün, ölum?

İndi cox peşmanam, nədir bu zülüm.
Ruhumu ayırar,çismimdən ölüm.

Çismi torpaqlarda çürüdən ölüm.

Siriri açilmayan kiliddir ölüm.

Geriye dönülməz mənzildi ölüm.
Allah yaratdığı Ona dönməli.

Dünyaya gələnlər bunu bilməli.

Qonağıq, vaxt catdı, cıxıb getməli.

Əbədi mənzildir ölüm, deməli!
Gülnarə Namiq

Комментариев нет:

Отправить комментарий