Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

понедельник, 30 августа 2010 г.

Tanri Ezraile:


"Ya Ezrail! Qullarimdan her hansi birinin canini alinca hech uzuldunmu?"-

-Ya Rabb her shey Sene melumdur. Yalnizca bir qulunun ruhunu alinca chox uzuldum. Bir gemi daglara chirpilib parchalandi. Orada bir ana ve bir ushaq vardi. O ananin canini almaq tapshirilmishdi. Onun canini alinca chox uzuldum. Korpeni ise bir taxtanin uzerinde bir adaya atdim. Yetim qaldi.

Tanri:

“Bes sevinerek her hansi bir qulumun canini aldinmi? ”

Beli tanrim. Bir zalim padshah vardi. Butun xalq onun elinden bezar idi. Bax o qulunun canini severek aldim.

“Padshahin kim oldugunu xatirlayirsami?”

-Xeyr xatirlamiram Ya Rabb-deyince, Tanri buyurdu:

“Hemen o padshah anasinin canini uzulerek aldigin yetim ushaqdir, zalim padshahdir”
Iblis, butun seytanlarla boyuk bir yigincaq teskil edir. Nitqine bele baslayir:


"Biz Muselmanlari mescide getmekden saxlaya bilmirik. Onlari Quran

oxumaqdan ve dogru isler gormekden de cekindire bilmirik. Ondan basqa, onlari Allahi ve Mehemmed Peygemberi (s.a.s) dusunmekden de saxlaya bilmirik. Allahla baglantilari cox gucludur, qira bilmirik."





"Beledirse, qoyun onlar mescidlere getsinler, daim bir yerde olsunlar. Eybi yox. Amma onlarin zamanlarini ogurlayin!!! Belelikle de, onalrin Allahi ve Resulu Mehemmedi dusunmeye vaxtlari qalmasin. Sizden istediyim tek budur!!!" - dedi Iblis.

"Onlari daim meshgul edin, Allahla baglantilari zeiflesin!!!"

Seytanlar cavabinda: "Bunu nece ede bilerik ki?" - sorushdular.

Iblis: "Onlarin beynini tez-tez kicik islerle, menasiz dusuncelerle mesgul edin."

"Onlari davamli olaraq xerclemeye tesviq edin. Xerclesinler, xerclesinler, sonra da borclansinlar, borclansinlar"

"Xanimlari uzun saatlar boyunca evden xaricde islemeye mecbur edin, eyni zamanda kisileri de heftede 6-7 gun, gunde 10-12 saat islemeye mecbur edin. Belelikle, onlarin ozlerine ve ailelerine, sevdiklerine ayirmaga bosh vaxtlari qalmasin."

"Onlari ovladlari ile vaxt kecirmekden cekindirin. Hetta evde de ishlerinin agirligini uzerlerinde hiss etsinler. Beyinlerini ele meshgul edin ki, onlari Allahla birge olmaga sesleyen kicik sesleri de esitmesinler."

"Onlari daima musiqi dinlemeye teshviq edin, evde, ishde, hetta mashinda da radio, CD dinlesinler. Evlerinde TV, VCD, kompyuter daima aciq olsun. Bunlar insanlarin beyinlerini meshgul eder ve bununla da Allahi ve Resulu Mehemmedi dusunmeye vaxtlari qalmaz."

"Stol ustunde hemise qazet ve jurnallar olsun, oradaki xeberler beyinlerini 24 saat meshgul etsin. Hetta mashin surerken de nezerlerini reklam plakatlarina cekin."

"Onlarin e-mail adreslerini reklamlar, menasiz mektublar, junk mailler, sifarish kataloqlari ile doldurun ki, onlari silmek ucun vaxt itirsinler."

"Goel, cazibedar manikenlerin jurnallarin uzerinde, TV-lerde tez-tez gorunmelerine sherait yaradin ki, kishiler onlari gorub, gercek gozelliyin bunlarda oldugunu ve xarici gorunushun esas oldugunu dushunsunler, heyat yoldashlarini beyenmesinler"

"Xanimlarin cox yorgun olmalina calishin, bununla da kishilere lazimi sevgini gostere bilmesinler. Daima bashlari agrisin. Eger kishiler lazimi diqqet ve qaygini evde gormeseler, onu colde axtarmaga bashlayacaqlar. Bu da ailelerin daha tez dagilmasina sherait yaradacaq"

"Onlara menasiz hekayelerle zengin kitablar verin ki, ovladlarina heyatin gercek menasini basha salmaq evezine, o kitablari oxusunlar."

"Onlari o qeder meshgul edin ki, cole cixib, tebieti inceleyib, Allahin yaratdiqlarindan ders ala bilmesinler. Yaradilishin nece mukemmel oldugunu derk ede bilmesinler. Onlari bagli yerlere, oyunlara, konsertlere, kinoteatrlara getmeye vadar edin ki, tebietle biryerde olmaga vaxt tapa bilmesinler"

"Eger ozu kimi dusunen dostlari ile gorushduyunu gorseniz, onlari dedi-qodu etmeye mecbur edin. Ele seylerden danishmalirina sherait yaradin ki, aralarinda aixtilaf cixsin, inciklik yaransin"

"Heyatlarinin o qeder gozel ve mukemmel olmasina calishin ki, Allahi ve Onun gucunu dushunecek halda olmasinlar. Her seyi oz guclerine elde etdiklerine inansinlar. Sagliqlarina ve elde etdikleri nemetlere shukr etmek ehtiyaci duymasinlar."

"Bax, budur bizim mohteshem plan!!!"

SHEYTANIN SIZIN QIYMETLI VAXTINIZI ALMAGA IMKAN VERMEYIN. QIYMETLI ZAMANINIZI QIYMETLI INSANLARLA, YENI BILIKLER ELDE ETMEKLE, GOZEL ISLER GORMEKLE, ALLAHI VE ONUN RESULU MEHEMMED PEYGEMBERI DUSUNMEKLE KECIRIN.
Azərbaycanın imanlı cavanları, mənim din qardaşlarım bir neçə kəlmə nəsihət istəmişlər. Təbərrük olaraq zikr edilməsini münasib bildiyim hədisdə məsum imam buyurmuşdur ki, Allahın nəzərindən heç bir vaxt kənarda olmadığını bil. İnsan özünü həmişə Allahın hüzurunda hiss etməli, bütün əməl və rəftarlarını Allahın razılığını qazanmaq istiqamətində tənzimləməlidir. İnsanın oturuşu-duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və hətta bütün qəlbindən keçənlər Allahın hüzurundadır.


Əzizlərim, insanın ilahi ruhdan üfürülmüş nəfsi (canı) onun cismində Allahın əmanətidir. Dünyada həyat və varlıqdan üstün bir ne`mət yoxdur. Kamilliyin hər hansı bir mərtəbəsinə çatmaq istəsəniz, əvvəlcə özünüzü tanımalısınız. Nəfsi (özünü) tanımaq bilik qapılarının açılması üçün mühüm bir müqəddimədir. Çünki “özünü tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, insanın bütün diqqəti zəif və əzabkeş bədənini qorumağa yönəlir.

İnsan gənclikdə nəfsinin tərbiyə və təzkiyəsinə (gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz cavanlar həmişə Qur’ani-kərimə yaxın olmalı, susuzluqlarını bu ilahi çeşmədə yatırmalıdırlar. “Əllah, Əllah, fil-Qur`an” bütün övliyaların tövsiyəsidir. Qurandan faydalanmaq və bu sahilsiz ilahi okeanın bir guşəsinə çatmaq üçün əzəmətli və əvəzsiz Əhli-beyt maarifi ilə tanış olmaq lazımdır. Onların yolu, həyatı və ölümü kamillik istəyində olan insan üçün çox münasib bir nümunədir. İslam dininin mühüm üstünlüklərindən biri kamil insanların tərbiyəsidir. Bu məsələyə heç bir məktəbdə İslamdakı qədər diqqət yetirilmir. Məsumların öz bərəkətli ömürlərini hansı yolda sərf etdiklərini öyrənərək, həmin yolla səfərə çıxmalıyıq. Gənclərin diqqət yetirməli olduqları ən zəruri məsələlərdən biri məsum imamların həyatının öyrənilməsi və bu mövzuda düşünməkdir.

Əziz gənclər, ayıq olun! Bu gün küfr və zor dünyası İslamla gənclər arasında təfriqə yaratmaqdadır. Onlar gənclərin doğru yoldan azdırılması üçün qüvvələrini səfərbər etmişlər. Dinin və dini şəxsiyyətin məhvi üçün fəaliyyət göstərən azdırıcı vasitələr və mexanizmlər günbəgün artmaqdadır. Boş vaxtlarınızdan və mövcud imkanlarınızdan düzgün faydalanın, həqiqi dini tanımaq üçün ömrünü İslami araşdırmalara sərf etmiş mütəxəssislərdən istifadə edin.

Allah-təaladan diləyirəm ki, müsəlman dünyasını, xüsusilə gəncləri şeytanların şərindən hifz etsin, səadət və kamillik qapılarını onların üzünə daha artıq açsın. İnşəallah.
İmam Mühəmməd Baqir Reyğəmbərdən belə nəql edir: "Peyğəmbər oruc tutmuş bir qadının öz cariyəsini söydüyünü eşitdi. Bir yemək gətizdirib, o qadına "Ye!" - dedi. Qadın dedi: "Mən orucam, ya Peyğəmbər!". Peyğəmbər buyurdu: "Cariyəni söydüyün bir halda necə oruc ola bilərsən? Oruc yalnız yeməkdən və içməkdən çəkinmək deyildir. Allah orucu yeməkdən və içməkdən başqa, digər çirkin davranışlar və danışıqlara da pərdə qərar vermişdir. Nə azdır oruc tutan, nə çoxdur ac qalan!"


Peyğəmbərdən belə rəvayət olunmuşdur: "Kim bir oruclu şəxsə iftar verərsə, həmin oruc tutanın mükafatından bir şey azalmadan iftar verən şəxsə onun mükafatı mislində mükafat verilər. Həmin şəxsə oruclu şəxsin bu yeməyin verdiyi qüvvətlə gördüyü xeyir işin mükafatının misli də verilər."

Digər bir hədisdə buyurulur ki, Allah-Taala Ramazan ayının hər gününün sonunda iftar vaxtı min-min insanı Cəhənnəm atəşindən azad edər. Cümənin gecəsi və gündüzü olduqda, Allah Cəhənnəmin atəşindən hər bir saatda əzaba layiq olmuş min-min insanı azad edər. Ayın axırıncı gecəsi və onun gündüzündən Cəhənnəm atəşindən bütün ayda azad olunanların cəmi qədər insan azad olunar.

Həzrəti Məhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: «Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər». Cabir dedi: «Sənə fəda olum, bu nə yaxşı hədisdir!». Peyğəmbər ona belə cavab verdi: «Amma bu savaba yetməyin şərtləri də necə çətindir!».

Həzrəti Məhəmməd Peyğəmbər (s) buyurub: «Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar».

İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.

İmam Əli (ə) buyurub: «Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür»

Fatimeyi-Zəhra (ə): «Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun».

Fatimeyi-Zəhra (ə): «Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!»

İmam Sadiq (ə) buyurmuşdur: "Kim ramazan ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. Növbəti ramazana qədər yalnız Ərəfatda (Məkkədə Ərəfə günü hacıların durduqları yer) bağışlana bilər".

İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir şeyin bir baharı vardır. Quranın baharı da ramazan ayıdır."
HEKIM IBN ETIBE NEQL IDIR KI,IMAM BAGIR(E)-RIN XIDMETINDE OLDUGUM VAVT ORADA BOYUK CEMIYYET VARDI.BU VAXT ELINDE DEMIR ESA OLAN BIR KISHI DAXIL OLDU.O QAPIDA DURUB DEDI:"ESSALAMU ELEYKE YEBNE RESULILLAH VE REHMETULLAHI VE BEREKETUH"IMAM (e) BUYURDU:"ELEYKUMUS SALAM VE REHMETULLAHI VE BEREKETUH"


SONRA QOCA MESCIDDEKILERE UZ TUTUB SALAM VERDI,MESCIDDEKILERDE ONUN SALAMIN ALDILAR.QOCA UZUNU IMAMA (E) TUTUB ONUN YANINDA YER BISTEDI VE DEDI:"AND OLSUN ALLAHA,SIZI DE,SIZIN DOSTLARINIZIDA SEVIREM.MENIN BU MEHEBBETIM DUNYA MALI UCUN DEYIL.AND OLSUN ALLAHA SIZIN DUSHMENLERINIZI DE DUSHMEN BILIR,ONLARA NIFRET EDIREM.ALLAH SHAIDDIR KI,BU DUSHMENCILIYIMIN SEBEBI MENIMLE ONLARA OLAN KIN-KUDURET DEYIL.SIZIN HALAL BILDIYINIZI HALAL SAYIRAM,HARAM BILDIYINIZI HARAM.SIZIN QIYQMINIZIN INTIZARINDAYAM.EY PEYGEMBER(E) OVLADI,SENE FEDA OLUM,BU XUSUSIYYETLERLE QURTULUSHA UMID EDE BILEREMMI?"

IMAM (E) BUYURDU:"QABAGA GEL."HEZRET (E) ONU YANINA OTURDUB BUYURDU:"EY QOCA,BIR GUN BIR SHEXS SENIN MENE VERDIYIN SUALLA ATAM SECCADA(E) MURACIET ETDI.ATAM ONUN CAVABINI BUYURDU:EGER DUNYADAN GETSEN,PEYGEMBER(S),ELI(E),HESEN(E),HUSEYN(E),SECCADLA(E) GORUSHERSEN,QELBIN SERINLESHER.QELBINI FEREH BURUYER,SHAD OLARSAN,GOZLERIN ISHIQLANAR.SORGU MELEKLERI SENINLE XOSH REFTAR EDER.CANIN BURAYA(IMAM(E) ELI ILE MUBAREK BOGAZIN GOSTERDI)CATDIQDA HEYATDA GOZLERINI ISHIQLANDIRACAQ SHEYLER GORERSEN,BIZIMLE UCA BIR MEQAMDA OLARSAN"

DEYILENLERI QOCANIN O QEDER SEVINDIRDI KI,ONLARI IKINCI DEFE ESHITMEK ISTEDI.ONA GORE SUALINI TEKRARLADI "EY PEYGEMBER(E) OVLADI,NE BUYURDUN?"

IMAM BAGIR(E) DEDIYI SOZLERI TEKRARLADI. BU SOZLERI BIRDE ESHIDIB HONKUR HONKUR AGLADI.ONUN HALI HAMIYA TESIR ETDI.ETRAFDAKILARDA ONA QOSHULUB AGLADI.IMAM(E) ONA NEVAZISH GOSTERIB MUBAREK ELI ILE ONUN GOZLERINI SILDI.QOCA BASHINI QALDIRIB ERZ ETDI:"EYPEYGEMBER OVLADI,MUBAREK ELINI MENE VER."HEZRET(E) ELINI QOCAYA TEREF UZATDI.QOCA ONUN MUBAREK ELINI OPUB,GOZLERININ USTUNE QOYDU.YAXASINI ACIB IMAMIN(E)ELINI SINESINE CEKDI.SONRA AYAGA QALXIB SAGOLLASHIB GETDI.

IMAM BAGIR(E) QOCQ GOZDEN ITENEDEK ONUN ARXASINCA BAXDI.SONRA UZUNU ETRAFDAKILARA TUTUB DEDI:"KIM BEHISHT EHLI GORMEK ISTEYIRSE,BU SHEXSE BAXSIN."

HADISENI NEQL EDEN HEKIM IBN ETIBE DEYIR KI,HEC BIR EZADARLIQ MECLISI BU SAYAQ UZUNTU VE GOZ YASHI ILE KECMEMISHDI.
İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəsrə şəhərindən bir nəfər həzrət Əlinin (ə) hüzuruna gəlib ondan mömin dostlar və qardaşların hüquqları barədə soruşdu. Həzrət (ə) buyurdu: “Dost iki cürdür; xalis və həqiqi, səthi və zahiri. Həqiqi və xalis dost müxtəlif hadisələr müqabilində möhkəm bir pəncəyə bənzəyir. Belə adamlar insandan ötrü qol, qanad, ailə, var-dövlətdir. Əgər hər hansı bir dosta etibar edib ona arxayın oldun, öz can və malından onun yolunda fəda etməkdən çəkinmə. Dostluq elədiyi kəslərlə sən də dost ol, düşmən olduğu kəslərlə də düşmən ol. Eyiblərini və sirlərini gizli saxla. Gözəllik və yaxşılıqlarını zahir et. Lakin, bil ki, belə insanlar qırmızı yaqut kimi nadirdirlər.


Səthi və zahiri dosta gəldikdə isə ondan uzaq gəzmə. Lakin, öz daxilində olan gizli sirləri də onun üçün açma. Sən də ondan ötrü onun sənin üçün olduğu kimi şirindil və gülərüzlü ol.”

пятница, 13 августа 2010 г.

воскресенье, 25 июля 2010 г.

Şə`ban ayının on beşinci gecəsi

Bu gecə çox mübarək gecədir.

İmam Baqir (Ə) bu gecənin fəziləti haqqında soruşdular.həzrət buyurdu:Qədir gecələrindən sonra ən fəzilətli gecədir.Allah taala o,gecə bəndələrinə fəzl(və bərəkət)əta edir.Onların günahlarını ğz kəraməti ilə bağışlayır.Belə isə Allaha təqərrüb üçün çalışın.Allah taala öz müqəddəs zatına and içibdir ki,bu gecə heç bir əli nə qədər ki,məsiyət tələb etməyib,öz dərgahından boş qaytarmayacaqdır.

Bu gecənin bərəkətlərindən biri də Əsrin Sultanı İmam Zaman həzrəti Məhdi (ə) bu gecədə dünyaya gəlməsidir.Həzrət 255-ci hiçri qəməri ilinin şə`ban ayının on beşinci günü,səhərə yaxın Samirra şəhərində dünyaya göz açmışdır.

Bu gecənin bir neçə əməli vardır:

1. Qusul etmək;Bu gecə qusul etmək günahların yüngülləşməsinə səbəb olar.

2. Bu gecəni,dua,namaz və istiğfarla əhya saxlamaq.(İmam Zeynul-abidin (ə)bu gecəni əhya saxlayırdı)

3.İmam Hüseyn (ə) -ın ziyarəti;

Bu gecə İmam Hüseyn (ə)-ı yüz iyirmi dörd min peyğəmbərin ruhu ziyarət edər.

O həzrəti ziyarət etmək üçün dama çıxıb ,sağa və sola baxıb,sonra başını göyə tərəf tutub bu dua ilə O,həzrəti ziyarət etsin.

"Əssəlamu ələykə ya Əba Əbdillah,əssəlamu əleykə və rəhmətullahi və bərəkatuh".

Hər kəs harda olmaqından aslı olmayaraq,bu qayda ilə həzrəti ziyarət etsə,həcc və ümrənin savabı onun üçün yazılar.

4. Şeyx və Seyyidin nəql etdiyi aşağıdakı duanı oxumaq

"Allahummə bihəqqi ləylətina və məvludiha və huccətikə və məvudiha əlləti qərəntə ila fəzliha fəzlən fətəmmət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatikə və la muəqqibə liayatikə nurukə əlmuttəlliqu və ziyaukəl-məşriqu vəl-ələmun-nuru fi təxyaid-dəycuril-ğaibul-məsturu cəllə məvlidunu və kərumə məhtiduhu vəl-məlaikətu şuhhəduhu vəllahu nasiruhu və muəyyiduhu iza anə miaduhu vəl-məlaikətu əmdaduhu səyfullahi lləzi la lənbu və nuruhulləzi la yəxbu vəzul-hilmi əlləzi la yəsbu mədarud-dəhri və nəvamisul-əsri və vulatul-əmri vəl munzzəlu ələyhim ma nətənəzzəlu fi ləylətil-qədri və əshabul-həşri vən nəşri təracimətu vəlyihi və vulatu əmrihi və nəhyih.Allahummə fəsəlli əla xatimihim və qaimihimul-məsturi ən əvalimihim.Allahummə və ərdik bina əyyamuhu və zuhurəhu və qiyaməhu vəcəlna min ənsarihi vəqrin sarəna bisarihi vəkutbana fi ə`vanihi və xuləsaihi və əhyina fi dəvlətihi naiminə və bisuhvətihi ğaibinə və bihəqqihi qaiminə və minəssui saliminə ya ərhəmərrahimin vəl-həmdulillahi rəbbil-aləminə və sələvatuhu əla seyyidina Muhəmmədin xatəminnəbiyyinə vəl-mursəlin və əla əhli bəytihi əssadiqinə və itrətihin-natiqinə vəl-ən şəmi`əz-zaliminə vəkum bəynəna və bəynəhum ya əhkəməl-hakimin"

5.Peyğəmbərin oxuduğu duanı oxumaq

Allahummə iqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətikə və min taətikə ma tubəlliğina bihi vizvanəkə və və minəl-yəqini ma yəhunə ələyna bihi musibatuddünya.Allahummə əmti`na biəsmaina və əbsarinə və quvvətina ma əhyəytəna vəcəlhul-varisə minna vəcəl sarəna əla mən zələməna vənsurna əla mən adana və la təcəl musibətəna fi dinina və la təcəlid-dunya əkbərə həmmina və la məbləğə ilmina və la tusəllit ələyna mən la yərhəmuna birəhmətikə ya ərhəmər-rahimin.

Bu dua came və kamil duadır.Bu gecədən başqa vaxtlarda da onu oxumaq olar.Rəvayət olunmuşdur ki,həzrəti Rəsuli Əkrəm (s)o,duanı həmişə oxuyardı.

7.Zaval vaxtı oxunan salavatı oxumaq.

8.Kumeyl duasın oxumaq.

9.Aşağıdakı zikirlərin hər birini yuz dəfə demək:

" Sübhanəllah,Əlhədulillah,Allahu əkbər,La ilahə illəllah.

10.Cəfəri Təyyarın namazın qılmaq

пятница, 23 июля 2010 г.

Mübariz İbrahimovun Xatirəsinə

Allah butun shehidlerimize rehmet elesin

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.




Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.



Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər.



Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam”, “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, – deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi”.



Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.

Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.

Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma…”

Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.



***



Indi hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir – o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.

Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun…

вторник, 20 июля 2010 г.

O, MƏHƏMMƏDTƏQİNİN ATASIDIR


İlahi insanların haqq yola hidayət olunması və onların bu yolda təkamülə çatmasında Allah-təalanın gözəl və aşkar tədbiri vardır. Bu ibrətamiz gözəlliklərdən ariflər şeyxi Ayətullah Behcətin həyatında olduqca çoxdur. Onlardan biri atasının cavanlıqda başına gələn maraqlı əhvalatdır. Həmin əhvalat belədir:

Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır. Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt, qəribə bir səs eşitdim. Kimsə deyirdi: “Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.”

Elə bu vaxt dərin yuxuya gedir və hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra yavaş-yavaş tamamilə sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir və artıq o əhvalatı (xəstəlik) yadından çıxarır. Evləndikdən sonra ilk övladının adını Mehdi qoyur. İkinci övladı qız olur. Üçüncü uşağının adını Məhəmməd Hüseyn qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu Məhəmməd Təqi deyə çağırır. Amma Allah-təala onun bu övladı üçün qəribə alın yazısı yazıbmış. Bu uşaq elə körpə ikən su hovuzuna düşüb boğulur. Allah ona başqa bir övlad da nəsib edir. O, bunun da adını Məhəmməd Təqi qoyur. İllər keçdikdən sonra həmin uşaq zamanımızın ariflər şeyxinə–Ayətullah-Üzma Şeyx Məhəmməd Təqi Behcətə çevrilir.
Ziyarət və təvəssül haqqında

Ziyaraət haqqında üç baxış mövcuddur. Birinci baxış vəhhabilərin baxışıdır. Onlar ziyarəti şirk hesab edirlər. İkinci baxış sünnilərin və bəzi şiələrin baxışıdır. Bu dəstənin fikrinə görə imam vəfat etmişdir. Həzrət Rzanın (ə) ziyarətinə getdiklərində sanki qəbir əhlinin ziyarətinə gedirlər. Onların düşüncəsinə görə imam ölmüşdür?! Deyirlər: “Nə imamı görürük, nə də onun bizi gördüyünü düşünürük!”

Bu məsələdə bizim əksəriyyətimizin vəziyyəti elə sünnilər kimidir.

Böyük vəzifə sahibinin, məsələn prezidentin görüşünə gedəndə öz hərəkətlərimizə nə qədər diqqət yetiririk? Dediyimiz sözlərə necə diqqət edirik? Başımızı yan-yörəyə yönəltmirik. Çünki böyük bir məqam sahibinin hüzurundayıq! Həmin məqam sahibi qarşımızda dayanıb bizi görür!

Sizcə Həzrət Rzanın (ə) hüzurunda olanda həmin diqqəti, ciddiyyəti daşıyırıqmı? Sanki ölmüş bir adamın ziyarətinə gedirik. Həzrət Rza (ə) vəfat etmişdir?!

Görən bu insanlar ərəbcə söylənən ziyarətnamə sözlərinin mənasını anlayırlarmı?

Üçüncü dəstə imamı diri, hazır, nazir və qadir bilir. İmam Allahın görən gözüdür. Mömin Allahı hazır bilir. Allahın vasitəsini də hazır və nazir bilir. Mömin imamın diri olduğunu, nazir və qadir olduğunu anlayır. İmamların məqamı daha böyükdür. Mələklərdən də üstündürlər, sadəcə bizim iltifatımız kəmdir. Hərəmə gedib-gəlirik, elə bilirik ki, kimsə bizi görmür. Mələklər bizdən xəbərsiz deyillər, bizi görürlər!

Günlərin birində Kərbəlaya getmişidm. Bizim ustadımızın birinci zövcəsindən övladı olmurdu. Məndən xahiş etdi dostuma deyim ki, soruşub görsün Allah-təala nə vaxt onlara övlad əta edəcək. Çünki mənim dostum ruhları çağırmağı bacarır və cin tayfalarından bəziləri ilə əlaqə saxlayırdı. Onun tanıdığı cinlərdən ikisi İmam Hüseynin (ə) hərəmində xidmət edirdilər. Dostum həmin iki nəfərlə əlaqə saxlayıb mənə dedi ki, gələn ilin Ramazan ayında ustadınız övlad sahibi olacaqdır. O deyən kimi də oldu.

Dostlarımdan Ağamirzə adlı birisi əhvalatı belə görüb öz gələcək təhsili haqqında maraqlandı. Cinlərlə əlaqəsi olan dostum yenə də həmin iki nəfər cinlə rabitə yaradıb bu barədə sual etdi. Cavab gəldi: “İmam Hüseynin (ə) hərəminə daxil olarkən duxul (daxil olma) izni alıb, bir dəfə öz adından, bir dəfə də başqasının naibliyi ilə İmamı ziyarət edən kəsə deyin ki, əgər Nəcəfə getsə müctəhid olacaqdır!”

Bu onu göstərir ki, ziyarətə gələnləri təkcə imam yox, hətta cinlər də görürlər və hər kəsi də tanıyırlar. Yuxarıdakı əhvalatdan aydın olur ki, hətta cinlər bu dostumuzun hər dəfə ziyarətə gəldiyində iki dəfə İmam Hüseyni (ə) ziyarət etdiyini bilirmişlər.

Sizin də ziyarətiniz canlı olmalıdır. Hərəmə daxil olarkən öncə giriş izni alın. Əgər halınız oldu hərəmə daxil olun. Həzrət Rzadan (ə) duxul izni alarkən və ərəbcə “(daxil olummu ey Allahın höccəti?!)–sözlərini deyərkən qəlbinizə müraciət edin, görün orada bir dəyişiklik yaranıbsa, deməli Həzrət (ə) sizə icazə vermişdir. Həzrət İmam Hüseynin (ə) duxul izni ağlamaqdır. Əgər izn alarkən gözünüzdən yaş gəldisə, bilin ki, Həzrət (ə) sizə giriş izni vermişdir. Bu halda daxil olun. Əgər halınız oldu hərəmə daxil olun, yox, əgər qəlbinizdə heç bir dəyişiklik hiss etmədinizsə, gördünüz əhvalınız ziyarət üçün əlverişli deyil, bu halda ziyarətdən vaz keçib yaxşı olar ki, başqa bir müstəhəbbi əmələ məşğul olasınız.

Üç gün oruc tutun, qüsl alın və yenidən hərəmə gedib giriş icazəsi alın.

İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən üstündür. Çünki İmam Hüseynin (ə) ziyarətinə əksər müsəlmanlar gəlir, amma İmam Rzanın (ə) ziyarətinə ancaq on iki imam şiələri gedirlər.

İmam Rzaya (ə) sual verib cavab alan çox olub.

Kərbəlada, Nəcəfdə, Məşhəddə çox möcüzələr müşahidə olunub. Diqqətli olun! Etiqadlı olun!

Bu müqəddəs məkanlarda ila-maşallah– nə qədər desən şəfa tapıblar.

İraqın dövlət adamlarından birində bədxassəli şiş peyda olmuşdu. Qorxulu olduğu üçün həkimlər tezliklə cərrahiyyə əməliyyatı aparmağı tövhsiyyə etmişdilər. Həmin şəxs İmam Rzaya (ə) təvəssül edib şəfasını istəyir. Gecə yuxuda Həzrət Məsuməni (ə) görür ki, buyurdu: “Şiş sağalacaq, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur.”

...Həzrət İmam Rzaya (ə) təvəssül etmişdi, cavabını (şəfasını) Həzrət Mə’sumə (ə) verdi. Bu bacı və qardaş bir-birinə sıx bağlıdırlar.

Bütün ziyarətnamələr təsdiq olunmuş və etibarlıdırlar. “Camieyi Kəbirə” ziyarətini oxuyun. “Əminəllah” ziyarəti də çox mühümdür. Ziyarəti qəlbiniz oxumalıdır. Öz qəlbinizin dili ilə oxuyun. Lazım deyil İmam Hüseynin (ə) hüzurunda öz hacətlərimizi dilə gətirib bir-bir sayaq; Həzrət (ə) özü bilir! Dualarınızda mübaliğə etməyin; ziyarət ürəkdən olmalıdır. İmam Rza (ə) bir nəfərə belə buyurdu: “Bəzi adamların ağlamaqlarından narahatam!”

Böyük alimlərdən biri belə deyirdi: “Mən iki şeyə ümid edirəm. Birincisi süst və könülsüz halda Qur`an oxumamışam. İkincisi də İmam Hüseynin (ə) əzadarlığında çox ağlamışam.”

Bəziləri Qur`anı elə oxuyurlar ki, elə bil Şahnamə oxuyurlar. Qur`ani-kərim İtrətə bənzər bir mövcuddur.

Həzrət Ayətullah Bürucerdinin gözündə ağrı peyda olmuşdu. Deyir aşura günü İmam Hüseyn (ə) əzadarlarının alınlarına yaxdıqları palçıqdan bir azını götürüb gözlərimə çəkdim. Bundan sonra dərd-ağrı birdəfəlik kəsildi və ömrümün axırına qədər göz ağrısına mübtəla olmadım. Hətta eynək taxmağa da ehtiyac duymadım!

Bir nəfər İmam Rzanın (ə) hərəminə daxil olur. Nurani bir seyyidin ədəb-ərkanla dayanıb ziyarətnamə oxuması onun diqqətini cəlb edir. Həmin seyyidə yaxınlaşıb nə oxuduğuna diqqət edir. Görür seyyid məsumların adlarını bir-bir çəkib hamısına salam verir. İmam Zamanın (ə) adına gələndə seyyid dayanır! Həmin şəxs başa düşür ki, ziyarətnaməni oxuyan seyyid elə İmam Zamanın (ə) özüdür.

Böyük ağalardan biri nəql edir ki, filan şəxslə birlikdə həm ziyarət etmək, həm də havamızı dəyişmək üçün şəhərdən kənarda yerləşən imamzadələrdən (pir) birinə getmişdik. Belə qərarlaşmışdıq ki, yolda minik götürüb miniklə gedək. Amma minik tapa bilməyib yolu piyada getməli olduq. Mən yol getməkdən yoruldum. Ayaqlarımda bərk ağrı hiss edirdim. Dostuma dedim” “Nə oldu, bu qədər yolu piyadamı gedəcəyik. Artıq getməyə taqətim qalmayıb, aclıq da bir tərəfdən heyimizi kəsib. Çörəyimiz var, amma yesək susayacağıq. Su da ki yoxdur.”

Rəfiqim oradaca İmam Zamana (ə) təvəssül etdi və Həzrətdən belə istədi: “Ya Sahibəz-Zaman! Getməyə bizə bir minik yolla.”

Çox keçmədi ki, ətraf kəndin sakinləri buğda aparmaq üçün gətirdikləri miniklə yolumuzun üstünə çıxdılar. Bizi də mindirib yola düşdülər.

Həzrət Rzanın(ə) hərəmində nə kəramətlər görsənməyib...

Bir nəfər yuxusunda görür ki, Həzrət Rzanın (ə) hərəmindədir. Deyir bir də gördüm hərəmin günbəzi yarıldı, həzrət İsa (ə) və Həzrət Məryəm (ə) oradan hərəmə daxil oldular. Onlar üçün taxt gətirdilər. Hər ikisi həmin taxta oturub həzrət Rzanı (ə) ziyarət etdilər.

Səhərisi gün həmin şəxs hərəmə yollanır. Birdən hiss edir ki, hərəmin səs-küyü tamamilə kəsildi. Sanki hərəmdə kimsə yox idi. Bu anda Həzrət İsa (ə) və Həzrət Məryəm (ə) günbəz tərəfdən hərəmə daxil olduqlarını görür.[103] Deyir yuxuda gördüyüm kimi onlar günbəzin yarığından hərəmə daxil olandan sonra bir taxta oturub Həzrət Rzanı (ə) ziyarət etməyə başladılar. Ziyarətanamə oxuyurdular. Elə bizim oxuduğumuz adi ziyarətnamə idi. Ziyarətnaməni oxuyub qurtarandan sonra gəldikləri yerdən də geri qayıtdılar. Bu səhnə bitəndən sonra yenə hər şey öz adi halına qayıtdı; camaatın səs-küyü hərəmi başına aldı.

İndi sizcə Həzrət Rza (ə) vəfatmı etmişdir?

Axır sözüm budur ki, gəlin bildiklərimizə əməl edək. Bilmədiklərimizdə ehtiyatı gözləyək; ehtiyyat əsası ilə hərəkət edək

Əql sahiblərinə sirr deyil ki, məxluqatda olan hərəkətin əsasnaməsi, mühərriki (hərəkətə gətirəni, yaradıcı qüvvəni) tanımaqdır. Hərəkət mühərrikə möhtacdır. Bilməliyik ki, bütün şeylər hərəkətini Ondan alır, Ona doğru hərəkət edir, Onun üçün hərəkət edir. Yəni bir mümkün varlığın başlanğıcı, sonu və qərəzi anbaan məqsədə doğru hərəkətdən ibarətdir.

Alim və cahil arasındakı fərq hadisələrin əlacını tanımaqda və mərifətin yoxluğundadır. Onların sonda çatdıqları mənzilin fərqi, başlanğıcda hər birinin malik olduğu elmin dərəcəsi arasında olan fərqə bərabərdir.

Beləliklə, əgər mühərriki tanısaq, hərəkətdə olanlar arasında mövcud nizam-intizamdan mühərrikin gözəl tədbir və hikmətini dərk etsək, bizim bütün diqqətimiz Onun təkvini və təşri`i iradəsinə yönələcəkdir.

Xoş o kəsin halına ki, öz yaradanını tanıyır,– hətta böyük şəhidlərdən olmuş olsa da vay tanımayanın halına,– hətta zəmanəsinin fironu olmuş olsa da.

Bu hərəkətlərin sonunda cahil deyər: “Ey kaş heç yaranmayaydım.”

Alim deyər: “Kaş ki, məqsədə doğru bu hərəkət yetmiş dəfə olardı; qayıdardım, yenidən hərəkət edərdim; haqqın yolunda şəhid olardım.”

Məbada öz həyatımızdan peşiman halda qayıdaq. Açıq deyirəm, –məsələn–əgər bir adamın ömrünün yarısı həqiqi nemət sahibini yad etməklə, qalan yarısı qəflətdə keçsə, Allahı yad edərək yaşadığı ömrünü yarısı onun həyatı, qəflətdə keçən qalan hissəsi isə onun ölümü hesab edilir.

Allahı tanıyan Ona müti olur. Bütün işlərinin mehvərində Allah dayanır. Allahın razılığına müvafiq bildiyi şeylərə əməl edir, bilmədiyi işlərdə məsələ aydın olana qədər dayanır. Mömin ömrünün hər anını öyrənir və əməl edir, bilmədiyi yerdə dayanır.

Möminin əməli əlindəki dəlilə görədir, dayanmağı dəlilin yoxluğu üzündəndir.

Sizcə Qadir Allaha itaət silahı ilə silahlanmadan karvanımızı təhlükə ilə dolu olan bu yollardan salamat keçib məqsədə çata bilərikmi?

Sizcə mümkündürmü ki, vücudumuz Xaliqdən, amma qüvvətimiz Ondan qeyrisindən olsun?

Belə olan halda, əgər bu mərhələdə yəqin sahibi olduqsa, bu sifət və əhvalları əməldə həyata keçirmək üçün bilməliyik ki, həqiqəti mə’lum olmuş bu hərəkət əvvəldən axıra qədər batil iddiada olan mühərriklə (batil istəklərlə) müxalifət etməkdədir. Əgər batil istəklərə uymasaq  tək bu əməlimiz  bizi Allahın rizasına qovuşduracaq səadətimizə yetər: “Salikin sənə doğru hərəkətdə götürəcəyi ən dəyərli və üstün yol azuqəsi onun əzimli və möhkəm iradəsidir.”

Ayətullahül-üzma Behcətin həyatı

Mə`nəviyyat yolçusu


Ayətullah Behcət mə`nəviyyat aləmində zati iste`dada malik bir şəxsdir. Kiçik yaşlarından ismət və paklığa xüsusi diqqət yetirən, bə`zən alimlərin namazlarında iştirak edən Behcət mə`nəvi halları ələ gətirməyə uşaq yaşlarından sə`y edərmiş.

O, on dörd yaşında olarkən Kərbəlaya ziyarətə gedir. Özü bu haqda deyir: “İmam Hüseynin (ə) hərəmində olduğum vaxt namaz qılarkən qəribə mə`nəvi hala sahib olan bir şəxslə rastlaşdım. O vaxtlar mükəlləf olmağıma hələ bir il qalırdı. Ertəsi gün hərəmdə sübh namazı qılarkən həmin şəxsə iqtida etdim. Namazda “cümə” surəsini oxumağa başladı. Onu da qeyd edim ki, bu şəxsin namazda olan qəribə halını o vaxta qədər heç kəsdə görməmişdim. Demək olar ki, sonralar bu halı çox az adamda görə bildim.”

Bütün bu deyilənlər onun kiçik yaşlarından bə`zi yüksək məqamlı şəxslərin idrak və batinindən xəbərdar olmasına işarədir. Halbuki həmin şəxsin alim kimi tanınmasına baxmayaraq, heç kim onun belə yüksək məqam və mə`rifət sahibi olduğunu zənn etmirdi.

Etdiyi bütün moizələrin əsasını və kamala çatma yollarını günahları tərk etmək tövsiyyələri təşkil edir və bu mövzuya çox tə`kidlə yanaşır. Belə mə`nəvi halları dərk və vəsf etmək, onun məqam və idrak sahibi olmasından xəbər verir.
Axirət səfərinə hazırlıq


Rəhmətlik həkim Əllamə Cə`fəri buyurur: “Şeyx Mürtəza Taliqaninin yanında “Əsfar” dərsi oxuduğum vaxtlar idi. Məhərrəm ayının başlanmasına hələ iki gün qalmışdı. Yenə dərs almaq üçün onun (Şeyx Taliqaninin) yanına getdim. Şeyx mənə dedi: “Durun gedin. Nə üçün gəlmisiniz?” Mən dərsə görə gəldiyimi ona bildirəndə, dedi: “Ağa dərs qurtardı!”

Öz-özümə fikirləşdim ki, bəlkə Şeyx Məhərrəm ayına görə dərsləri tə`til edib. Ona görə də dedim: Dini-elmi hövzələrdə dərslər tə`til olmayıb. Axı məhərrəm ayının başlanmasına hələ iki gün qalır. Şeyx Mürtəza buyurdu: “Bilirəm. Amma mən müsafirəm, mən müsafirəm! Taliqaninin eşşəyi gedib, palanı qalıb. Ruh gedib, cəsədi qalıb. La ilahə illəllah.” Bunu deyəndə gözləri yaşardı.

Mən bu sözlərin onun tezliklə rəhmətə gedəcəyindən xəbər verməsini başa düşdüm. Baxmayaraq ki, onun ruhi-cismi cəhətdən heç bir dərdi yox idi. Şeyx Mürtəza Taliqanidən mənim üçün nəsihətamiz bir söz deməsini xahiş etdim. O belə dedi: “Afərin, ağa! İndi başa düşdünüz.” Sonra bu şe`ri oxudu:

Vaxt varikən belləyib çatdır başa

Qocalıb bükülərkən döyərsən başa



Yenə də La ilahə illəllah kəlməsini təkrar etdikdə, çöhrəsi daha da nurlandı.

Biz iki gün sonra, yə`ni məhərrəm ayının əvvəlində Şeyx Mürtəza Taliqaninin vəfat etdiyini eşitdik

Ayətullahül-üzma Behcətin həyatı

Cənab Yəhya, doğrusunu bilmək istəsən...


Höccətül-islam Seyyid Məhəmməd Rza Meybudi ustadı Seyyid Yəhya müdərris Yəzdinin dilindən belə nəql edir:

1940-cı il ustadımız Ayətullah Ziyauddin Əraqinin vəfatına görə Nəcəf elmi hövzəsi üç gün tə`til e`lan etdi. Bu böyük alimin xatirəsini yad etmək üçün əzadarlıq məclisləri quruldu. Bir-neçə gün keçəndən sonra Ayətullah Kompaninin evinə gedib, ondan tədrisə başlamasını xahiş etdik. Ayətullah Kompani buyurdu: “Ay Seyyid Yəhya, mən qərara almışdım ki, bu gün dərsə başlayım. Amma doğrusu, sübh namazından sonra Allah zikrilə məşğul idim. Yarı yuxulu-yarı oyaq halda Ayətullah Əraqini gördüm. Evin qapısında dayanıb dedi: Şeyx Məhəmməd Hüseyn! Hazırlaş, gələn cümə günü bizim yanımıza gələcəksən. Mən ömrümün son günlərini yaşadığımı yə`qin edirəm.”

Belə də oldu. Həftənin son günü heç bir xəstəliyi olmadan o da dünyasını dəyişdi.

Bu haqda başqa maraqlı bir hadisəni də aşağıda qeyd edirik.

Ayətullah Seyyid Mustafa Səfayi Xonsari Seyyid Məhəmməd Haşimi Gülpayqaninin dilindən belə nəql edir: “Ayətullah Kompaninin vəfat etdiyi gecə atam (Seyyid Cəmaləddin Gülpayqani) məni çağırıb dedi: Oğlum, elə indi Ziyauddin Əraqi gəlib mənə dedi ki, Ayətullah Kompani bizim yanımıza gəlir.” Dedim: Seyyid Məhəmməd Hüseyn sap-sağlam adamdır. Mən onu bir neçə saat bundan əvvəl görmüşəm. Atam dedi: Oğlum! Ağa Ziyauddin indicə gəlib bu xəbəri mənə dedi. Sən get bu barədə sorğu-sual et. Mən Ayətullah Kompaninin halını soruşmağa getmək istəyərkən, birdən mərhumun evindən şivən səsi qalxdı. Tez onun evinə getdim. Doğrudan da Ayətullah Kompani vəfat etmişdi.

Mərhum Ayətullah Şirazinin nəvəsi Seyyid Rəzi Şirazi deyir: “Rəhmətlik Ayətullah Cəmal Gülpayqani şeyx Kompaninin dəfn mərasimində dedi: Dünən axşam vətr namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin Kompaninin qolundan tutub Ayətullah Mirzə Mehdi Kəfayigilə getdiyini gördüm. Qəribə burasıdır ki, Ayətullah Kəfayi də bir həftədən sonra vəfat etdi!

Ayətullahül-üzma Behcətin həyatı

İxtiyari ölüm məqamı


İmam Xomeyninin Behcətə xüsusi rəğbəti vardı. Mən bunu bilavasitə onun özündən eşitməmişəm. Çünki ustadları suallarımla zəhmətə salmağı özümə icazə verməzdim. Sizə nəql edəcəyim bu xatirələrin bə`zisini özüm şəxsən müşahidə etmiş, bə`zilərini də ustadların özləri buyurmuşlar. Rəhmətlik hacı Mustafa (İmam Xomeyninin oğlu) onun haqqında İmam Xomeyninin dilindən belə nəql edirdi: İmam Xomeyninin rəhmətlik Bürucerdi ilə get-gəl etdiyi vaxtlar idi. Behcətin olduqca sadə və kasıb yaşadığını bilən İmam Xomeyni onun ailəsinə kömək etmək niyyətilə Ayətullah Bürucerdidən bir miqdar pul alır. Məsələnin nə yerdə olduğunu bilən Behcət pulu götürməkdən boyun qaçırır. İmam Xomeyni aldığı pulu bir də geri qaytarmaq istəmədiyi üçün ona deyir: Bu pulu mən öz malımdan sənə verirəm. Behcət bu pulu İmam Xomeyninin hədiyyəsi kimi qəbul edir. İmam Xomeyni ilə yaxın dost olan cənab Məs`udi nəql edirdi ki, İmam Xomeyni bə`zən çətin vaxtlarda və ya evdə xəstəsi olanda məni Behcətin yanına göndərərdi. Belə vaxtlarda bə`zən Behcət qurbanlıq kəsməyi tövsiyə edərdi. Bir neçə dəfə Behcətin sifarişi ilə İmam Xomeyninin tərəfindən qoyun alıb qurbanlıq kəsmişəm. İmam Xomeyni onun böyük mə`nəvi məqam sahibi olduğunu təsdiqləyirdi. İmam Xomeyninin dediyinə görə, Behcət ixtiyari ölümə malik idi. Yə`ni istədiyi vaxt ruhunu bədəndən çıxarır və yenidən geri qaytara bilir. Bu ilahi şəxsiyyətlərin mə`nəviyyat yolunda ələ gətirdikləri böyük məqamlardan biridir. Allah övliyalarının ələ gətirdikləri elə ali məqamlar vardır ki, onu hətta düzgün dərk etmək belə bizim üçün çox çətindir.

Ayətullahül-üzma Behcətin həyatı

“Oğlunun adını Məhəmmədhəsən qoy”


Dostlardan biri belə nəql edirdi: Mənim həyat yoldaşım hamilə idi. Ramazan ayından qabaq müsafirətə getmək istəyirdim. Ayətullah Behcətlə sağollaşmaq üçün onun mənzilinə getdim. O, mənim üçün dua edəndən sonra dedi: “Allah-təala bu ayda sizə bir oğlan uşağı nəsib edəcək. Adını Məhəmmədhəsən qoyarsınız.”

Mən ona həyat yoldaşımın hamilə olması barədə heç bir şey deməmişdim. Ona görə də uşağın oğlan olacağından xəbər verməsi mənim üçün çox təəccüblü idi. İmam Həsənin (ə) təvəllüdü gecəsi– yə`ni ramazan ayının 15-də Allah-təala bizə bir oğlan uşağı əta etdi ki, Ayətullah Behcət qabaqcadan adını Məhəmmədhəsən qoymuşdu.

Ayətullahül-üzma Behcətin həyatı

Oğurlanmış gəlindən xəbər


Toy günü bir ailə üçün bədbəxt hadisə baş vermişdi. Qız evi ilə düşmən olanlar gəlini oğurlamış və hara apardıqlarından heç kimin xəbəri yox idi. Gəlinin ata-anası və oğlan evi çox nigaran idilər. Yaxın qonşulardan biri bu iki ailənin narahatçılığını görüb Behcətin yanına gedir və baş verənlərin hamısını ona danışır. Behcət bir az fikirləşdikdən sonra çox adi tərzdə deyir: “Gedin hərəmə, bəlkə ora getmiş ola.” O, çox arxayın olduğundan gəlinin ailəsinə xəbər verir ki, hərəmə getsinlər. Hərəmə gələndə qızı Həzrət Mə`sumənin (ə) zərihinin yanında olduğunu görürlər. Gəlinin belə bir yerdə tapılacağı isə heç kimin ağlına da gəlməzdi.

понедельник, 19 июля 2010 г.

Hicab ( Ustad Mürtəza Mütəhhəri )

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ

Mәnim bu mәsәlә bаrәsindә tаriхi аrаşdırmа vә mә’lumаtlаrım kаmil dеyildir. Tаriхi mә’lumаtlаrımız о vахt kаmillәşәr ki, İslаmdаn qаbаq yаşаmış bütün millәtlәr bаrәsindә dәqiq mә’lumаt әldә еtmiş оlаq. Lаkin İslаmdаn qаbаq bә’zi millәtlәr аrаsındа hicаbın mövcud оlmаsını hеç kәs inkаr еtmir.

Bu mәsәlә ilә әlаqәdаr аpаrdığım tәdqi-qаtlаrdа qәdim İrаn, yәhudi хаlqı vә çох gümаn ki, Hindistаndа dа hicаbın mövcud оlmаsı ilә rаstlаşmışаm. Qеyd еdәk ki, оnlаrdа mövcud оlаn hicаb qаnunu İslаm qаnunlаrındаn dаhа sәrt vә şiddәtli оlmuşdur. Аmmа әrәb-cаhiliyyәt dövrünә gәldikdә isә, оnlаr аrаsındа hicаb оlmаmış vә bu qаnun İslаm dini vаsitәsi ilә mеydаnа gәlmişdir.

Mәşhur tаriхçi аlim Vill Dоrаnt “Tаriхi tәmәddün” (Sivilizаsiyаlаr tаriхi) kitаbının 12-ci cildinin 30-cu sәhifәsindә (fаrscа tәrcümәsindә) yәhudi qövmü vә “Tәlmud qаnunu” bаrәsindә bеlә yаzır:

“...Әgәr hәr hаnsı bir yәhudi qаdın bu qаnunu pоzmаq fikrinә düşsәydi, mәsәlәn, bаşınа bir şеy örtmәdәn cаmааtın аrаsınа gеtsәydi, ictimаi yеrlәrdә yun әyirsәydi, kişilәrlә söhbәt еdib ucаdаn dаnışsаydı vә оnun sәsini qоnşulаr еşitsәydi, оndа о qаdını mеhriyyә vеrmәdәn bоşаyаrdılаr.”

Göründüyü kimi, yәhudilәr аrаsındа mövcud оlаn hicаb qаnunu, sоnrаlаr şәrh еdәcәyimiz kimi, islаmi örtükdәn dаhа şiddәtli vә sәrt idi. “Tаriхi-tәmәddün” kitаbının 1-ci cildinin 552-ci sәhifәsindә qәdim irаnlılаr bаrәsindә dеyilir:

“Zәrdüştlәr аrаsındа qаdınlаrın böyük hörmәti vә yüksәk mәqаmı vаr idi. Оnlаr tаm аzаd şәrаitdә vә üzü аçıq hаldа cаmааt аrаsındа gеt-gәl еdirdilәr...”

Sоnrа bеlә yаzır:

“Dаryuşdаn sоnrа qаdının mәqаmı, хüsusilә vаrlılаr аrаsındа nisbәtәn tәnәzzülә uğrаdı. Kаsıb qаdınlаr iş görmәk üçün ictimаi yеrlәrdә gеt-gәl еtmәyә mәcbur оlduğundаn, öz аzаdlıqlаrını qоruyub sахlаmışdılаr, lаkin bаşqа qаdınlаrа gәldikdә isә, оnlаrın hеyz (аybаşı) dövrlәrindә еvdә оturmаlаrı vаcib idi. Bu vаcib hökm tәdricәn оnlаrın bütün ictimаi hәyаtını әhаtә еtdi. Bu işin özü dә müsәlmаnlаr аrаsındа hicаb vә örpәyin yаrаnmаsının әsаs sәbәbi hеsаb оlunur. Cәmiyyәtin yüksәk tәqәbәlәrinә mәnsub оlаn qаdınlаrın mәхsus kәcаvә vә örtülü аrаbаlаrdаn bаşqа bir şеylә еvdәn çıхmаğа cür’әti yох idi. Оnlаrа hеç vахt icаzә vеrilmirdi ki, аşkаr surәtdә kişilәrlә qаynаyıb-qаrışsınlаr. Әrli qаdınlаrın hеç bir kişini, hәttа аtа vә qаrdаşını bеlә görmәyә hаqqı yох idi. Qәdim İrаnın dаş kitаbәlәrindә hәkk оlunmuş şәkillәrdә bir nәfәr dә оlsun, üzü аçıq qаdın görünmür vә оnlаrın аdı çәkilmir...”

Göründüyü kimi, qәdim İrаndа çох şiddәtli vә sәrt hicаb hökmlәri hаkim оlub. Hәttа әrli qаdınlаrın аtа vә qаrdаşlаrı dа оnа nаmәhrәm hеsаb оlunurmuş. Vill Dоrаntın әqidәsinә görә qәdim zәrdüşt dini аdәt-әn’әnәlәrinә uyğun оlаrаq hеyzli qаdınlаr (bu bаrәdә mövcud оlаn qаydа-qаnunlаrа әsаsәn) müәyyәn bir оtаqdа hәbs еdilir, bu müddәt әrzindә hаmı оndаn uzаq gәzir vә оnunlа ünsiyyәtdә оlmаqdаn çәkinir-dilәr. Mәhz bu аdәt qәdim İrаndа hicаbın yаrаnmаsının әsаs аmili оlmuşdur. Yәhudilәrin аrаsındа dа hеyz (аybаşı) оlаn qаdınlаrın bаrәsindә bеlә kәskin qаnunlаr icrа оlunurdu.

Аmmа görәsәn, оnun dеdiyi “bu işin özü dә müsәlmаnlаr аrаsındа hicаbın әsаs sәbәbi hеsаb оlunur” sözlәrindәn mәqsәd nәdir? Mәqsәd, hicаbın müsәlmаnlаr аrаsındа yаrаnmаsını hеyzli qаdınlаr bаrәsindә icrа оlunаn sәrt qаnunlаrlа әlаqәlәndirmәk оlmuşdurmu?!

Bildiyimiz kimi, İslаmdа bеlә bir qаydа-qаnun hеç vахt mövcud оlmаmış vә hаl-hаzırdа dа yохdur. İslаm dinindә hеyzli qаdın üçün yаlnız оruc vә nаmаz kimi bә’zi vаcibi ibаdәtlәrdә güzәştә gеdilir. Hәmçinin bеlә qаdınlаrlа bu müddәt әrzindә cinsi yахınlıq еtmәk cаiz dеyildir. Lаkin bаşqа işlәrdә insаnlаrlа аdi ünsiyyәtinә hеç bir mәhdudiyyәt qоyulmur vә оnlаrı еvin bir guşәsindә оturmаğа mәcbur еdәn hеç bir qаnun yохdur. Әgәr о, müsәlmаnlаr аrаsındа mövcud оlаn hicаbı irаnlılаrın İslаmı qәbul еtdikdәn sоnrа, оnun digәr хаlqlаrа dа kеçәn bir аdәt оlduğunu dеyirsә, bu fikir yеnә dә düzgün dеyildir. Çünki irаnlılаr İslаmı qәbul еtmәzdәn çох-çох qаbаq hicаbın vаcibliyini göstәrәn аyәlәr nаzil оlmuşdur. Vill Dоrаnt öz sözlәrindә qеyd оlunаn hәr iki mәtlәbi iddiа еdir. Yә’ni bir tәrәfdәn hicаbın irаnlılаr müsәlmаn оlduqdаn sоnrа digәr хаlqlаr аrаsındа yаyılmаsını iddiа еdir, digәr tәrәfdәn dә hеyzli qаdınlа cinsi yахınlığın tәrk еdilmәsinin müsәlmаn qаdınlаrın örpәyә kеçmәsindә vә оnlаrın bir guşәyә çәkilmәsindә tә’sirli оlduğunu vurğulаyır. Hәmin kitаbın 11-ci cildinin 112-ci sәhifәsindә dеyilir: “Әrәblәrin irаnlılаrlа rаbitә yаrаtmаsı hәm hicаbın, hәm dә livаtın (kişilәrә mәхsus cinsi pоzğunluq) İslаm ölkәlәri hüdudlаrındа yаyılmаsınа sәbәb оldu. Әrәblәr qаdınа mәftun оlmаqdаn qоrхduqlаrı, lаkin hәmişә bu dәrdә düçаr оlduqlаrındаn оnun tәbii nüfuzunun qаrşısını аlmаq üçün qаdın iffәti vә fәzilәti bаrәsindә şәkk-şübhә yаrаdırdılаr. Ömәr öz qövmünә dеyirdi: “Qәrаr qәbul еtmәk istәdikdә, qаdınlаrınızlа mәşvәrәt еdib оnlаrın rә”yinin әksinә әmәl еdin.” Hicrәtin birinci әsrindә müsәlmаnlаr qаdını hicаbа bürümәmişdilәr. Qаdınlаr vә kişilәr bir-biri ilә görüşür, küçәlәrdә bir-birinin yаnındа yоl gеdir, mәsciddә bir yеrdә nаmаz qılırdılаr. Hicаb vә хаcә sахlаmаq İkinci Vәlidin dövründә (126-127-ci hicri illәrindә) qаnun hаlınа düşdü. Qаdınlаrın bir guşәyә çәkilmәsi dә оnlаrın hеyzli vә nifаslı günlәrdә kişilәrә hаrаm оlmаsındаn yаrаndı.”

111-ci sәhifәdә isә dеyir:

“Pеyğәmbәr gеn pаltаr gеyilmәsini qаdаğаn еtmişdi. Lаkin әrblәrdәn bә’zilәri bu göstәrişә әhәmiyyәt vеrmәdilәr. Hәr bir tәbәqәnin özünәmәхsus zinәtli bәzәk әşyаlаrı vаr idi. Qаdınlаr özlәrini pаrlаyаn qızıl kәmәrlәrlә, gеn vә rәngа-rәng pаltаrlаrlа bәzәyir, sаçlаrını sәliqәli şәkildә dаrаyаrаq оnu çiyinlәrinә tökür vә yахud hörüklәr şәklindә kürәyinә аtırdılаr. Bә’zi vахtlаr isә qаrа ipәyi sаçlаrınа qаtаrаq оnu dаhа dа zinәtlәndirirdilәr. Әksәr hаllаrdа özlәrini lә”l-cәvаhirаtlа, güllәrlә bәzәyirdilәr. Hicrәtin 97-ci ilindәn sоnrа gözlәrinin аltındаn rübәnd аsırdılаr. Sоnrаlаr dа hәmin iş аdәtә çеvrildi.”

Vill Dоrаnt “Tаriхi-tәmәddün” kitаbının 10-cu cildinin 233-cü sәhifәsindә qәdim irаnlılаr bаrәsindә bеlә yаzır:

“... Müvәqqәti еvlәnmә аdi hаl sаyılırdı vә bu qаdınlаr аzаd yunаn mә’şuqәlәri kimi idi: cаmааt аrаsındа zаhir оlub, kişilәrin ziyаfәt mәclislәrindә iştirаk еdirdilәr. Аmmа qаnuni qаdınlаrа gәldikdә isә, оnlаr аdәtәn еv şәrаitindә sахlаnırdılаr. Bu qәdim İrаn аdәti İslаmа kеçdi.”

Vill Dоrаntın fikrincә sаnki Pеyğәmbәrin dövründә hicаb bаrәsindә hеç bir hökm mövcud оlmаmış, Pеyğәmbәr yаlnız gеn pаltаr gеymәyi qаdаğаn еtmiş, müsәlmаn qаdınlаr birinci hicri әsrinin ахırlаrındа vә ikinci hicri әsirinin әvvәllәrindә tаm аçıq-sаçıqlıqlа gәzәrlәrmiş.

Bu, аçıq-аşkаr tаriхi iftirа vә uydurmаdır. Tаriхi hәqiqәtlәr bunun tаm әksini çаtdırır. Şübhәsiz, cаhiliyyәt dövrünün qаdınlаrı Vill Dоrаntın vәsf еtdiyi kimi оlmuşdur, lаkin İslаm bu sаhәdә dәrin dәyişiklik yаrаtmış vә gözәl qаnunlаr gәtirmişdir. Аyişә hәmişә әnsаr qаdınlаrını tә’riflәyib bеlә dеyәrdi:

“Yаşаsın әnsаr qаdınlаrı! “Nur” surәsinin hicаbın vаcibliyini göstәrәn аyәlәri nаzil оlаn kimi оnlаrın hеç birinin әvvәldәki kimi еvlәrindәn çıхdığını görmәdilәr. Оnlаr hәmişә bаşlаrını qаrа örpәklә bаğlаyırdılаr, sаnki bаşlаrınа qаrа qаrğа qоnmuşdu.” [1]

Әbu Dаvudun “Sünәn’ kitаbının 2-ci cildinin 382-ci sәhifәsindә dә hәmin mәtlәb Ümmü Sәlәmәdәn nәql оlunur. Lаkin оnun sözlәri bir qәdәr fәrqli şәkildә gәtiril-mişdir:

“Әhzаb” surәsinin bu аyәsi nаzil оlduqdаn sоnrа әnsаr qаdınlаrı bеlә еtdilәr...”

Kеnt Qоbinu “İrаndа üç il” аdlı kitаbındа yаzır ki, sаsаnilәr dövrünün sәrt hicаb rеjimi İslаmı qәbul еdәn irаnlılаr аrаsındа yеnә dә dаvаm еtdi. О inаnır ki, İrаnın sаsаnilәr dövründә оlаn hökmlәri tәkcә qаdının örpәk örtmәsi ilә bitmir, hәttа qаdının оtаq şәrаitindә gizli sахlаnmаsı dа vаcib idi. О iddiа еdir ki, şаhzаdә vә kübаr övlаdlаrının аzаdlıqlаrı о qәdәr hәddini аşmışdı ki, hәttа әgәr bir kәsin еvindә gözәl bir qаdını оlsаydı, hеç kәsin оndаn хәbәr tutmаsınа yоl vеrmir vә bаcаrdığı qәdәr оnu gizli sахlаyırdı. Çünki әgәr оnun bеlә gözәl аrvаdı оlmаsı vә еvdә sахlаnmаsı mә’lum оlsаydı, аrtıq hәmin аrvаd, hәttа bә’zi hаllаrdа kişinin özü dә yаd kişilәrin оndаn cinsi mәqsәdlәr üçün istifаdә еtmәsinin qаrşısını аlа bilmәyәcәkdi.

Cәvаhir Lә”l Nеhru (Hindistаnın kеçmiş bаş nаziri) inаnır ki, hicаb Rоmа vә İrаn kimi qеyri-müsәlmаn millәtlәrindәn İslаm dünyаsınа nüfuz еtmişdir. О, “Dünyа tаriхinә bir bахış” аdlı kitаbının birinci cildinin 328-ci sәhifәsindә İslаm mәdәniyyәtini tә’riflәyәrәk (öz әqidәsinә görә) sоnrаlаr оndа yаrаnаn bә’zi dәyişikliklәrdәn söz аçır vә dеyir:

“Tәdricәn hәddindәn аrtıq tәәssüf yаrаdаn bir dәyişiklik dә bаş vеrdi. О dа qаdınlаrın vәziyyәti idi. Әrәb qаdınlаrının аrаsındа hicаb vә örpәk mәsәlәsi ümumiyyәtlә yох idi. Әrәb qаdınlаrı hеç dә kişilәrdәn аyrı vә gizli şәkildә yаşаmır, әksinә ümumi vә ictimаi yеrlәrә, mәscidlәrә, mоizә vә хitаbә mәclislәrinә gеdir, hәttа özlәri dә mоizә vә хitаbә söylәyirdilәr. Аmmа әrәblәr dә qаzаndıqlаrı nаiliyyәtlәr nәticәsindә tәdricәn qоnşu Rоmа vә İrаn impеrаtоrluqlаrındаn bә’zi аdәt-әn’әnәlәri әхz еtdilәr. Әrәblәr hәm Rоmа impеriyаsını, hәm dә İrаn impеrаtоrluğunu suqutа uğrаdıb mәğlub еtdilәr. Аmmа özlәri bu iki impеrаtоrluqdа mövcud оlаn bә’zi yаrаmаz аdәt-әn’әnәlәrә düçаr оldulаr. Tаriхi mәnbәlәrdә nәql оlunаn mә’lumаtlаrа әsаsәn, хüsusilә Bizаns vә İrаn impеriyаsının nüfuz еtmәsi nәticәsindә qаdınlаrın kişilәrdәn аyrılığı vә оnlаrın еv dustаğı оlmаsı әrәblәr аrаsındа dа rәvаc tаpdı. Tәdricәn hәrәmхаnа sistеmi yаrаndı vә kişilәr qаdınlаrdаn аyrıldılаr.”

Bu sözlәr ümumiyyәtlә düzgün dеyildir. Yаlnız qәbul еtmәliyik ki, sоnrаlаr әrәblәrin tәzә müsәlmаn оlаn qеyri-әrәb хаlqlаrı ilә qаynаyıb-qаrışmаsı nәticәsindә hicаb vә örpәk mәsәlәsi Pеyğәmbәri-Әkrәmin (s) dövrü ilә müqаyisәdә dаhа dа şiddәtlәndi. Аmmа “İslаm ümumiyyәtlә qаdının hicаbınа diqqәt yеtirmәmişdir” sözlәri düzgün dеyildir

Cәvаhir Lә”l Nеhrunun sözlәrindәn mә’lum оlur ki, rоmаlılаr dа (bәlkә dә yәhudilәrdәn tә’sirlәnәrәk) hicаbа riаyәt еdirdilәr. Hәmçinin İrаn vә Rоmаdаkı hәrәmхаnа аdәt-әn’әnәsi İslаm хәlifәlәrinin sаrаylаrınа dа gеdib çıхmışdır. Bunu bаşqаlаrı dа tә’kid еtmişlәr.

Qәdim Hindistаndа hicаb rеjimi dаhа аğır vә şiddәtli tәrzdә hökmrаnlıq еdirdi, lаkin örtük mәsәlәsinin İslаmın Hindistаnа nüfuz еtmәsindәn qаbаq vә yа оndаn sоnrа rәvаc tаpmаsı dәqiq şәkildә mә’lum dеyildir. Еlәcә dә Hindistаndаkı qеyri-müsәlmаnlаrın dа İslаm хаlqlаrının, хüsusilә irаnlı müsәlmаnlаrın tә’siri аltınа düşmәklә vә yа bаşqа sәbәblәrdәn hicаbı qәbul еtmәlәrindәn qәti şәkildә dаnışа bilmәrik. Yаlnız bircә şеy mә’lumdur ki, Hindistаndаkı hicаb qаnunu dа qәdim İrаndа оlduğu kimi dаhа sәrt vә şiddәtli idi. Vill Dоrаntın “Sivilizаsiyаlаr tаriхi” kitаbının ikinci cildindәn bеlә mә’lum оlur ki, Hindistаndаkı mövcud hicаb qаnunlаrı müsәlmаn irаnlılаrın vаsitәsilә оrаdа yаyılmışdır.

Cәvаhir Lә”l Nеhru nәql еtdiymiz sözlәrdәn sоnrа dеyir: “Çох tәәssüflә bu bәyәnilmәyәn аdәt-әn’әnә tәdricәn islаmi cәmiyyәtlәrin хüsusiyyәtinә çеvrildi, müsәlmаnlаr burаyа gәldikdәn sоnrа hәmin аdәt Hindistаn әhаlisi аrаsındа dа yаyıldı.”

Оnun nәzәrinә görә Hindistаndа mövcud оlаn hicаb оrаyа müsәlmаnlаrın vаsitәsi ilә аpаrılmışdır.

Lаkin әgәr nәfsаni pаklıq üçün mövcud оlаn ruhi mәşğәlәlәr (riyаzәt vә tәrki-dünyаlıq) mеylini hicаbın yаrаnmа sәbәblә-rindәn biri hеsаb еtsәk, оndа qәbul еtmәliyik ki, Hindistаndа lаp qәdim dövrlәrdәn hicаb mövcud оlmuşdur. Çünki Hindistаn, riyаzәt vә tәrki-dünyаlığı gözәl, mаddi lәzzәtlәri isә yаrаmаz, mәnfur bir şеy hеsаb еdәnlәrin mәrkәzi оlmuşdur.

Rаssеl “Еvlәmә vә аilә” kitаbının 135-ci sәhifәsindә yаzır:

“Sivilizаsiyаlı cәmiyyәtlәrdә göründüyü kimi, cinsi әхlаqın mәnşәyi iki şеydәn ibаrәtdir: biri аtаlıq hislәrinә mеyl, digәri isә еşqin çirkin оlmаsı bаrәsindә mürtаzlаrın (yоqlаrın) е’tiqаdı. Cinsi әхlаq mәsihiyyәtdәn әvvәlki әsrlәrdәn müаsir dövrә qәdәr uzаq şәrq ölkәlәrindә yаlnız qеyd оlunаn birinci sәbәbdәn irәli gәlir. Оndаn Hindistаn vә İrаn istisnа оlunur ki, zаhirәn riyаzәtçilik vә tәrki-dünyаlıq mәhz оrаdа mеydаnа gәlmiş vә bütün dünyаyа yаyılmışdır.”

Əli əleyihissalam kimdir?(Fəzlullah Kompani )

ƏLİNİN (Ə) İMAN VƏ İBADƏTİ


İbadət Allaha tə’zim və Ondan qeyrilərinə göz yummaqdır. Ruh üçün ən böyük fəzilət Allaha sitayiş və Onunla yaxınlığa sə’ydir. İbadət zəruri şərtlər ödənməklə yerinə yetirilərsə, olduqca böyük məqam və iftixar əldə edilər. Həzrət Peyğəmbər (s) bir bəndə olaraq vəsf edilir və onun peyğəmbərliyindən qabaq bəndəliyi nəzərə çatdırılır: «Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh».

Kamal mərtəbələrinə səfər üçün ən üstün vasitə nəfsin paklanması və tərbiyəsidir. Bu isə yalnız həqiqi ibadətlə gerçəkləşir. İbadət təkcə ilahi məs’uliyyətdən qurtarmaq deyil. İbadət vasitəsi ilə ağıl yetkinləşir, insan vücudundakı qüvvələr tarazlanır. İbadət insan ruhunu maddi bulaşıqlıqlardan təmizləyir. Riyasız yerinə yetirilən ibadət ən üstün ibadət sayılır. İbadət sırf Allaha görə olduqda insanda təqva sifəti yaranır. Bu şərtlər yerinə yetirilmədən icra olunan ibadət qəbul dərəcəsinə çatmır.

Təqva maddi və fani dünyadan uzaqlaşmaq, ruhani və əbədi aləmə üz tutmaqdır. Təqva ilə zinətlənmiş iman həqiqi imandır. Xaliscəsinə, riyasız yerinə yetirilən ibadət insanı yəqin mərtəbəsinə çatdırır.

Yuxarıda deyilənləri nəzərə alsaq, əmin olarıq ki, həzrət Əli (ə) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz olmuşdur. Həzrət Peyğəmbər buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (ə) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».

Həzrət Əli (ə) Allaha eşq və məhəbbətlə ibadət edirdi. O, vəzifəni öhdəsindən götürmək üçün yox, həqiqi məhbubunu layiq bildiyi üçün ibadət edirdi. Həzrət ibadət edərkən öz mə’budunun dilrüba camalından başqa bir şey haqqında düşünmürdü.

Həzrət Əli (ə) təqva və ibadətdə o qədər çalışqan idi ki, həzrət Peyğəmbər onun tündlüyündən gileylənənlərə belə buyurmuşdu: «Əlini (ə) məzəmmət etməyin. Çünki o, Allah aşiqidir».

Həzrət Əli (ə) münacat edərkən qulağı eşitməz, gözü görməzdi. O, dünyanı unudar, bütün diqqətini həqiqi mə’buda yönəldərdi. Məşhur bir rəvayətə görə döyüşlərdən birində həzrətin ayağına batmış oxu namaz qıldığı vaxt ayağından çıxarırlar və həzrət bundan xəbər tutmur.

Həzrət Əli (ə) dəstəmaz alarkən təpədən dırnağadək əsərdi. Mehrabda namaza durduğu vaxt bədənini titrətmə bürüyər, Allahın əzəməti qorxusundan gözlərindən yaş süzülərdi. Həzrətin səcdələri uzun idi. Onun səcdəgahı daim göz yaşlarında nəm olardı. Şair bu barədə deyib:

Namazda gözündən axırdısa yaş,

Çöhrəsi gülərdi qopanda savaş.



Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Əbu-Dərda belə deyir: «Qaranlıq bir gecədə xurma bağından keçirdim. Allahla münacat edən bir şəxsin səsini eşitdim. Yaxınlaşdıqda gördüm ki, bu Əlidir (ə). Ağacın arxasında gizləndim. O qorxu və həyəcan içində həzin bir səslə minacat edirdi. Cəhənnəm odundan Allaha pənah aparıb, bağışlanma diləyirdi. Həzrət o qədər ağladı ki, hiss və hərəkətdən düşdü. Düşündüm ki, bəlkə yatıb. Yaxına getdim, onu quru ağac kimi gördüm. Tərpətmək istədim, amma tərpənmədi. Düşündüm ki, yəqin dünyasını dəyişib. Tələsik onun evinə qaçıb, ölüm xəbərini verdim. Həzrət Zəhra (s) soruşdu ki, onu nə vəziyyətdə görmüşəm? Mən gördüyümü danışdım. Həzrət Fatimə (s) buyurdu: «O ölməyib, Allah qorxusundan qəşş edib».[94]

Həzrət Əli (ə) vacib namazlardan əlavə nafilə namazları da qılırdı. Heç vaxt gecə namazını tərk etmirdi. Hətta savaş zamanı da bu ibadəti yerinə yetirirdi. Ləylətul-hərirdə sübhə yaxın həzrət üfüqə baxarkən İbn-Abbas soruşdu: «Məgər o tərəfdən nigarançılığın var? Yoxsa orada düşmənlərin pusqu qurub?» Həzrət buyurdu: «Yox, bilmək istəyirəm ki, namazın vaxtı çatıb, yoxsa yox».

Çoxlu ibadət etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam Zeynalabidin (ə) həzrət Əlinin (ə) haqqında belə buyurur: «Babam Əli (ə) kimi ibadət edə bilən kimdir?!»

İbn-Əbil Hədid bu məsələni başqa bir şəkildə bəyan etmiş və yazmışdır: «İbadətə olduqca ciddi yanaşan Zeynəl-Abidindən soruşdular ki, babanın ibadəti ilə müqayisədə öz ibadətini necə görürsən?» Həzrət buyurdu: «Babamın ibadətinə nisbətdə mənim ibadətim Peyğəmbərin ibadətinə münasibətdə babamın ibadəti kimidir».[95]

Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazan ayı ilə başqa aylarda fərq yoxdur».

Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən».

İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar, gecə ibadətləri öyrədirdi».

Həzrət Əli (ə) namaz zamanı Allah qarşısında pak qəlb, tam diqqətlə dayanırdı. Onun ibadət-itaəti başqalarınınkı kimi deyildi. Əgər başqaları hansısa bir xüsusi məqsədlə ibadət edirsə, həzrətin məqsədi bambaşqa idi. O özü bu barədə belə buyurur: «Bə’ziləri Allaha rəğbətlə (behişt ne’mətləri üçün) bəndəlik edirlər. Bu növ ibadət tacirlərin ibadətidir. Başqa bir dəstə isə Allaha (cəhənnəm odundan) qorxudan ibadət edirlər. Bu qulların ibadətidir. Üçüncü qrup isə Allaha təşəkkür üçün ibadət edir. Bu azadələrin ibadətidir». Həzrət (ə) Allah dərgahına belə ərz edir: «Pərvərdigara, mən sənə nə behişt tamahından, nə də cəhənnəm qorxusundan ibadət edirəm. Əksinə, səni pərəstişə layiq bildiyim üçün ibadət edirəm».

Hər bir fərd fitri olaraq zərərləri özündən uzaqlaşdırmaq, xeyir əldə etmək məqsədində olur. Yalnız həzrət Əli (ə) behişt təmənnası və cəhənnəm qorxusu olmadan, sırf Allah üçün ibadət edirdi. Belə bir xalislik həzrətin yəqinliyindən qaynaqlanırdı. Hər şeydən uca bir yəqin! Çünki həzrət yəqinliyin ən son mərhələsinə çatmışdı. O özü belə buyurur: «Əgər pərdələr qaldırılsa, mənim yəqinliyimə bir şey əlavə olunmaz».

Həzrət Əli (ə) bir dalğa tək həqiqət okeanında qərq olmuşdu. Onun bütün düşüncələri, hərəkətləri həqiqətə bağlılığından danışırdı. Həzrət nəfsin paklanması və tərbiyəsi baxımından misilsiz idi. O nəyə baxırdısa, Allahı görürdü. Həzrət buyurur: «Nəyi gördümsə, ondan qabaq, onunla bir vaxtda və ondan sonra Allahı gördüm». Başqa bir rəvayətdə isə belə nəql olunur: «Görmədiyim Allaha ibadət etmədim». Həzrətdən soruşurlar ki, o, Allahı necə görür? Həzrət buyurur: «Zahiri gözlə yox, bəsirət gözü ilə».

Zahir gözlər ilə görünməyən şey

Könül gözləri ilə ediləsi seyr.



Həzrət Əli (ə) Allahın əzəməti qarşısında təvazönü özünə borc bilirdi. Onun dua və minacatlarında təvazö səviyyəsi aşkar görünür.

Həzrətin öz səhabəsi Kumeyl ibn Ziyada öyrətdiyi dua (Kumeyl duası) onun uca ruhunun şah əsərlərindəndir. Həzrətin güclü imanı və sabit yəqinliyi bu duanın cümlələrinə hopmuşdur. Bə’zən o duanın gedişində Allahın mərhəmətindən ümid tapır, bə’zən isə onun qüdrəti qarşısında qorxuya düşür. Belə ki, onda xüşu halı ixtiyarsız olaraq hasil olur. Həzrətin ümid və qorxusundan, xalisliyindən danışan başqa dualar da vardır.

Bir gün Müaviyə Zərar ibn Zəmirə dedi: «Mənim üçün Əlini (ə) vəsf et». Zərar həzrət Əlinin (ə) xüsusiyyətlərini sadaladıqdan sonra dedi: «Gecələr daha çox oyaq qalırdı və az yatırdı. Gecə və gündüz vaxtları Qur’an tilavət edirdi. Canını Allah yolunda fəda edib, ilahi hüzurda göz yaşları axıdırdı. Özünü bizlərdən gizləmir, qızıl kisələri toplamır, yaxınlarına lütf göstərir, zalımlarla tünd rəftar edirdi. Gecə qaranlıq pərdəsinə büründüyü vaxt həzrət ibadət mehrabında Allahın əzəmət qorxusundan göz yaşları axıdır və deyirdi: «Ey dünya! Mənim üçün cilvələnib, məni özünə müştaqmı edirsən? Heç vaxt? Mənim sənə ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq vermişəm və bir daha üz tutmaram!» Bə’zi dualarında isə həzrət belə deyirdi: «Aman azuqənin azlığından, səfərin uzaqlığından və yolun çətinliyindən!» Zərarın bu sözlərindən sonra Müaviyə ağladı və dedi: «Ey Zərar, kifayətdir. And olsun Allaha ki, Əli (ə) dediyin kimi idi. Allah Əbül-Həsənə rəhmət etsin!»

Həzrət Əlinin (ə) ibadəti namaz, oruc, sair dini əməlləri yerinə yetirməklə başa çatmırdı. Onun bütün hərəkətləri və rəftarları ibadət idi. Ona görə də hədisdə buyurulmuşdur: «Həqiqətən də, əməllər niyyətlərdən asılıdır». Həzrət (ə) bütün hərəkətlərində Allahın razılığını düşündüyündən onun hər bir hərəkəti ibadət sayılırdı. Bu da onun fəzilətlərinin əsas səbəblərindən idi

среда, 14 июля 2010 г.

mubarek movlud.

 Şəban ayının üçüncü günü


Bu - ilin ən mübarək günlərdən biridir. Şeyx Misbah kitabında yazır ki, İmam Hüseyn (ə) şəban ayının 3-ü, cümə axşamı dünyaya gəlmişdir. Bu gün «Allahummə inni əs-əlukə bihəqqil-məvludi...» (Allahım! Həqiqətən mən bu günkü mövludun haqqına and verib, Səndən diləyirəm…) duasını oxumaq müstəhəbdir. /«Məfatihul-cinan», səh. 418/
Həzrət Peyğəmbərə (s) sual etmişlər ki, «Hansı günlərin orucu daha əfzəldir?» Cavabında Həzrət (s) buyurmuşdur ki, «Ramazan ayına hörmət və tə’zim nümayiş etməyə görə - Şəban ayının orucu».

четверг, 8 июля 2010 г.

hedis.


1. Həzrət Peyğəmbər (s) buyurur: “İstənilən dəyərli bir işə “Bismillahir-Rəhmanir-Rəhim”siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar.”


2. Həzrət Peyğəmbər (s) buyurur: “Bismillahir-Rəhmanir-Rəhim”lə başlanılan dua rədd edilməz.”

3. İmam Sadiq (ə) buyurur: “Olsun ki, bizim bəzi şiələrimiz işlərin başlanğıcında “Bismillahir-Rəhmanir-Rəhim” deməyi unutsunlar. Nəticədə Allah-taala onları narahatçılıqlarla üzləşdirər ki, qəflətdən ayılıb, Allaha şükür-səna deməklə bu səhvi əməl dəftərlərindən paklasınlar.”

4. İmam Sadiq (ə) buyurur: “Hər kəs qəm-qüssə ilə üzləşərsə, üzünü səmaya tutub üç dəfə “Bismillahir-Rəhmanir-Rəhim” desin. Allah-taala qurtuluş yolunu həmin şəxsə aşkarlayar və qəm-qüssəni ondan uzaq edər.”

5. Həzrət Əli (ə) buyurur: “Sizlərdən hər kəs öz dükanına yaxınlaşarsa, ilk olaraq “Bismillahir-Rəhmanir-Rəhim” söyləsin ki, şeytan oradan uzaqlaşsın. Evə daxil olduğunuz zaman da öncə “Bismillahir-Rəhmanir-Rəhim” söyləyin - bu iş Allahın bərəkətini nazil edər və mələklər həmin evlə rabitə yaradar.



Həyat çətinliklərsiz ötüşmür. İnsan bütün çətinliklərdən sıxılsa da onların bəziləri həyati əhəmiyyət kəsb edir.

İnsanların ən çətin vəziyyəti aşağıdakı 4 haldır:

1. Ölüm hadisəsi, canın çıxması;

2. Nəkir və Münkirin sorğu-sualı;

3. Qiyamətdə yenidən oyanış;

4. Sirat körpüsündən keçmək.



Məhz bu müstəsna təhlükəli məqamlarda “Biamillahir-Rəhmair-Rəhim” insanın köməyinə gəlir.

Mömin şəxs can verən zaman “Bismillahir-Rəhmanir-Rəhim” desə, ölüm hadisəsi onun üçün asanlaşar.

İnsan qəbir zülmətində “Bismillahir-Rəhmanir-Rəhim” desə, torpaq onun üçün gülzara çevrilər.

Qiyamətdə yenidən oyanış zamanı kim “Bismillahir-Rəhmanir-Rəhim” desə, çöhrəsi ay kimi nurlu və gözəl olar.

Sirat körpüsünə ayaq qoyan zaman kim “Bismillahir-Rəhmanir-Rəhim” desə, cəhənnəm alovu ondan uzaqlaşar.



“Bismillahir-Rəhmanir-Rəhim” demək bütün hallarda faydalı olsa da, müəyyən məqamlarda onun dilə gətirilməsi daha çox əhəmiyyət kəsb edir.

“Bismillahir-Rəhmanir-Rəhim” deməyin mühüm məqamları:

1. Sözə başlayan zaman;

2. Quran oxumağa başlarkən;

3. Yatmazdan öncə;

4. Yemək və içmək zamanı;

5. Kişi öz həyat yoldaşı ilə xəlvətə çəkilərkən;

6. Evə daxil olarkən;

7. Evdən çıxarkən;

8. Ürəyə vəsvəsə daxil olan zaman;

9. Məktub və yaddaş yazan zaman;

10. Bazara daxil olub, alış-verişə başlayarkən;

11. Qəmlə üzləşərkən;

12. Qəzəblənən zaman;

13. Tənhalıq zamanı;

14. Dəstəmaz alarkən;

15. Heyvanları kəsərkən;

16. Ağrı və xəstəlik hissləri yarandıqda;

17. Nəqliyyat vasitəsinə minərkən;

18. Mühakimə edərkən;

19. Zərərverici heyvan tərəfindən incidildikdə.





Mənbə: “Quran və həyat”

İmam Zamanın (ə) anası Həzrət Nərgiz

Qədim döyüşlərdə, adət üzrə bir kəndi, ya şəhəri fəth etsəydilər, düşmən qoşununun kişi və qadınlarını əsir edərək bazarlarda qul kimi satardılar. İmam Zamanın (ə) anası – Həzrət Nərgiz (ə) çox iffətli, pak və möhtərəm bir qadın idi. O, döyüş əsirləri ilə birgə şərqi Rumdan (indiki Türkiyə ərazisindən) İraqa gətirilmiş qızlardan idi. İmam Hadi (ə) oğlu imam Həsən Əsgərinin (ə) (on birinci İmam (ə) və Həzrət imam Zamanın (ə) atası) onunla ailə qurması üçün Həzrət Nərgizi (ə) aldı. Bu evlənmə nəticəsində 255-ci hicri ilində, şaban ayının 15-də, Samirra şəhərində nurani bir övlad, yəni Həzrət imam Zaman (ə) dünyaya gəldi. Dünya indi həmin şəxsin vücuduna bağlıdır və o qeyb pərdəsi arxasındadır. Bir gün gələcək, dünya onun rəhbərliyi və nəzarəti altında ədalət, məhəbbət və səfa-səmimiyyətlə dolacaqdır. İndi isə diqqət yetirin, imam Zamanın (ə) anası Nərgiz Xatun (ə) (Həzrət Nərgizin (ə) əsil adı Məlika idi. Sonralar Nərgiz və Siqəl də adlandırılmışdır.) kimdir və imam Həsən Əsgərinin (ə) evinə necə gəlib çıxıb?
Nərgiz (ə) – İsanın (ə) vəsisi Şəmunun nəvəsi
İmam Zamanın (ə) anasının adı “Məleykə” (Məlika) idi. O, ata tərəfindən şərqi Rum imperatorunun oğlu Yəşuanın qızı, ana tərəfindən isə Şəmunun nəvəsidir. Şəmun Həzrət İsanın (ə) yaxın sirdaşlarından və onun vəsisiydi. Məleykə sarayda, imperator ailəsində yaşamasına baxmayaraq, çox iffətli və pak bir qız idi. Elə bil ki, heç bu ailədə yaşamırdı. O, anasına və öz anası tərəfə oxşamış, Şəmun kimi yaşamış və İsa ibn Məryəm kimi səfa-səmimiyyətli, mənəviyyatlı olub xüsusi bir paklığa malik idi. Buna görə də o, dünyapərəst imperator ailəsi ilə qaynayıb-qarışmaq istəmirdi. Əksinə, çox istəyirdi ki, pak və allahpərəst bir ailədə yaşasın. Allah ona kömək etdi və o, möcüzəli bir şəkildə hədəf və istəyinə çatdı.
Həzrət Nərgizin (ə) elçiliyi və nikah məclisi
Məleykə ailə qurmaq yaşına çatanda babası Rum imperatoru onu qardaşı oğlu ilə evləndirmək istədi. Heç kəs imperatorun fərmanına itaətsizlik edə bilmədiyi üçün imperator özü qardaşı oğlu tərəfindən Məleykəyə elçilik etdi və sonra çox əzəmətli bir nikah məclisi qurdu. O məclisdə üç yüz nəfər seçilmiş ruhani, xaçpərəst keşiş, yeddi yüz nəfər ordu komandiri, zabitlər, dörd min nəfər əşraf, etimadlı və varlı adamlardan iştirak edirdi.
Məclis imperatorun əz`əmətli sarayında təşkil olundu. Sarayın xüsusi yerində əqiq, yaqut, qızıl, gümüş və müxtəlif ləl-cəvahirlərlə bəzədilmiş böyük bir taxt qoydular. İmperatorun qardaşı oğlu o taxtın üstündə oturdu. Nikah mərasiminin tədarükü görüldü. Qapıçı və xidmətçilərin hər biri xüsusi xidmət paltarlarıyla öz yerlərində durdular. Sarayın ətrafındakı qırx çıraq və digər çilçıraqlar məclisə xüsusi gözəllik verirdi. Zəng çalındı. Tanınmış məsihi ruhaniləri əllərində müqəddəs İncili açıb bir neçə ayə oxumaq istəyəndə zəlzələ baş verdi. Saray titrədi. Hər kəs taxtın üstündə oturmuşdusa, yerə yıxıldı. İmperatorun özü və qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Orada olanları qorxu və titrəmə bürüdü. Böyük keşişlərdən biri imperatorun hüzuruna gəlib ərz etdi: “Bu təəccüblü hadisə Allahın qəzəb və bəlasının nişanəsi, mərasimin sona yetməsinin əlamətidir. Bizi mürəxxəs etsəydiniz, gedərdik”.
İmperator məclisin xətm olmasını elan etdi və hamı dağılışdı. Sonra o əmr etdi ki, yerə düşmüş çırağı, qəndili, taxtı və digər əşyaların hamısını öz yerində qoysunlar.
İmperator bu dəfə Məleykəni digər qardaşı oğlu ilə evləndirmək qərarına gəldi və öz-özünə belə düşündü: “Bu zəlzələ hadisəsi ona görə baş verdi ki, Məleykə birinci qardaşım oğlu ilə deyil, ikinci qardaşım oğlu ilə evlənsin”.
Məclisi keçirmək üçün sarayı ötən dəfəki kimi bəzədilər. Qapıçılar və xidmətçilər özlərinə məxsus yerdə durdular. Taxtı da öz yerində qoydular. Möhtərəm məsihi ruhaniləri xüsusi paltarlarda, əllərində şamdanlar taxtın kənarında durdular. İkinci qardaşı oğlu da özünə məxsus taxtda oturdu. Nikah mərasimi başlandı. Keşişlər nikahı oxumaq istəyəndə yenə də zəlzələ baş verdi. Bütün məclisdəkilər pərişan oldular, rəngləri qaçdı və məclis bir-birinə dəydi, taxtlar çevrildi. İmperator və ikinci qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Hamı dəhşətli halda sarayı tərk edərək öz evinə getdi. İmperator qəm-qüssə və fikirə qərq oldu. O, bir an da olsun belə, bu iki təəccüblü hadisəni unuda bilmirdi.
Nərgizin (ə) maraqlı yuxusu
Məleykə, pak təbiətli bir qız olduğu üçün, o cür adamlarla evlənməyə razı deyildi. Onun arzusu allahpərəstlik, mənəviyyat və səfa-səmimiyyətlə dolu olan evə getmək idi. Amma baş vermiş bu iki hadisə, onu da fikirə qərq etmişdi. O, öz-özünə deyirdi: “Mənim axırım necə olacaq? Axırda hara gedəcəyəm? Pərvərdigara, mənə kömək ol və mənə nicat ver”.
O, daim fikirli və qəmgin olardı. Bir gecə yuxu aləmində gördü ki, cəddi Şəmun Həzrət Məsihlə (ə) və Həzrət Məsihin (ə) ən yaxın sirdaşlarıyla birgə saraya daxil oldular. Yuxu aləmində Məleykəyə deyildi: “Saraya daxil olan bu adamlar İslam Peyğəmbəri (s), imam Əli (ə), imam Həsən (ə), imam Huseyn (ə), imam Səccad (ə), imam Baqir (ə), imam Sadiq (ə), imam Kazım (ə), imam Rza (ə), imam Cavad (ə), imam Hadi (ə) və imam Həsən Əsgəridir (ə)”.
İslam Peyğəmbəri (s) Həzrət Məsihə (ə) dedi: “Biz bura Məleykəni Şəmundan oğlum Həsən Əsgəriyə (ə) almaq üçün gəlmişik”.
Həzrət Məsih (ə) Şəmuna dedi: “Bəh-bəh! Səadət sənə üz gətirib. Özünü Muhəmmədin (s) ailəsi ilə qohum et”.
Şəmun bu təklifdən çox sevindi. Sonra Həzrət Muhəmməd (s) minbərə qalxdı, nikah xütbəsini oxudu və Məleykə ilə imam Həsən Əsgərinin (ə) kəbinlərini kəsdi. Sonra Həzrət Məsihin (ə) yaxın sirdaşları bu nikaha şəhadət verdilər (yəni şahid olduqlarını bildirdilər).
Yuxu aləmində İslami qəbul etməsi
Məleykə deyir: “Yuxudan oyandım. Ancaq mənə təhlükə yaranmaması üçün yuxumu heç kimə, hətta cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin gecə-gündüz bu maraqlı yuxu barəsində fikirləşirdim və öz-özümə deyirdim: “Mən buradayam. İmam Həsən Əsgəri (ə) isə buradan çox uzaq bir şəhərdədir. Onun evinə necə gedib çıxa bilərəm? İmam Həsən Əsgərinin (ə) məhəbbəti tamam qəlbimi bürümüşdü. Yalnız onun barəsində fikirləşirdim. Axırda xəstələnib yatağa düşdüm. Mənim müalicəm üçün bütün Rum həkimlərini gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki mənim xəstəliyim cismi xəstəlik deyildi. Bir gün atam məndən naümid olub dedi: “Sənin bir arzun varmı ki, onu yerinə yetirim?”
Ona dedim: “Arzum budur ki, döyüşdə əsir düşmüş müsəlmanlara çətinlik yaratmayasınız, onlara işgəncə verməyəsiniz. Bəlkə, bu yaxşı işə görə Allah mənim halımı yaxşılaşdıra, sağlamlığımı mənə qaytara, Həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə mənə lütf və mərhəmət edələr”.
Atam mənim istəyimi yerinə yetirdi. Müsəlman əsirlərinin bəzisini azad etdi, bəzilərinin də cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O gündən sonra mənim halım günbə-gün yaxşılaşmağa başladı. Bunu görən atam müsəlman əsirlərindən çoxunun ürəyini ələ aldı, onları razı saldı və bağışladı. Bu hadisədən on dörd gecə ötdü. Bir gecə yatdım və yuxuda gördüm ki, dünya və axirətin əziz və möhtərəm xanımı Fatimeyi-Zəhra (ə) ilə Həzrət Məryəm (ə) bir neçə digər qadınla mənim yanıma gəldilər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. İxtiyarsız həyat yoldaşım imam Həsən Əsgərini (ə) xatırladım. Ürəyim üzüldü və Fatimeyi-Zəhraya (ə) ərz etdim ki, imam Həsən Əsgəridən (ə) gileyliyəm. Mənə baş çəkmir. Daha ağlamaq mənə aman vermədi, zar-zar ağladım. Həzrət Fatimə (s.ə) buyurdu: “Nə qədər ki, sən xaçpərəstsən, oğlum sənin sorağına gəlməyəcək. Əgər Allah və Həzrət Məsihin (ə) səndən razı qalmasını istəyirsənsə, İslam dinini qəbul et, gözlərin imam Həsən Əsgərinin (ə) camalını görməklə aydınlaşsın”.
Mən dedim: “Ey möhtərəm xanım! Bütün vücudumla İslamı qəbul etməyə hazıram”.
Həzrət (ə) buyurdu: “De, əşhədu ənla ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən (s) rəsuləllah”.
Mən dedim: “Allahın birliyinə və Həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm”.
Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə bağrına basıb nəvaziş etdi və buyurdu: “Sevin! Sənə müjdə verirəm ki, bundan sonra imam Həsən Əsgəri (ə) görüşünə gələcək və sən onun ziyarətinə müvəffəq olacaqsan!”
Yuxudan oyandım. Çox sevindim. Daim Allahın birliyinə və Muhəmmədin (s) peyğəmbərliyinə şəhadəti dilimə gətirirdim. İmam Həsən Əsgərinin (ə) intizarında idim. Hər gecə həmin fikir və düşüncəylə yatırdım. Bir gecə yuxuda gördüm ki, imam Həsən Əsgəri (ə) görüşümə gəlib. Onunla görüşdən çox sevindim. Gileyləndim ki, niyə mənim görüşümə gəlmirdin? Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu.
O buyurdu: “Ayrılığa səbəb bu idi ki, sən İslam dinində deyildin. Bundan sonra Allah səni zahirdə mənim həyat yoldaşım edənə kimi görüşünə gələcəyəm”. Yuxudan oyandım. Hər gecə o böyük insanı yuxuda görərdim. Bundan sonra halım yaxşılığa doğru gedirdi. Allahın mərhəməti ilə öz sağlamlığımı yenidən əldə etdim.

вторник, 6 июля 2010 г.

Ey Qalem - imam mehdi hakkında ilahi - Azeri

Hacı İlqar İbrahimoğlunun xütbəsindən: "O gələcək. Biz hazırıqmı?"

Sabra Dair

mutlu olmak isteyenlere...

allahım geri döndür 1"ibret dolu"

Hedisler

Mübarək Şaban ayı daxil olmaqdadır. Bu əziz ayda dinimizin çox önəmli bayramları vardır. Şaban ayının 3-də, hicri 3-cü ildə - İmam Hüseynin (ə) mübarək mövludu günüdür. Şaban ayının 4-də, hicri 24-cü ildə - Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu günüdür. Şaban ayının 5-də, hicri 38-cü ildə - Aşura həqiqətlərini dünyaya çatdıran, öz şücaətilə hətta zalım müstəbidləri də çaşqınlığa salan İmam Səccadın (ə) mübarək mövludu günüdür. Şaban ayının 11-i hicri 33-cü ildə - Kərbəla qəhrəmanı, öz şücaətilə düşməni lərzəyə gətirən, İmam Hüseynin (ə) böyük oğlu - Həzrət Əli Əkbərin mübarək mövludu günüdür. Şaban ayının 15-də, hicri 255-ci ildə - mübarək zühuru ilə dünyanı zülmdən qurtaracaq, haqq-ədalətlə dolduracaq 12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) əziz mövludu günüdür.


Şəban ayının əməlləri



Şəban ayının fəziləti barədə Həzrət Peyğəmbərdən (s) belə nəql edilir: «Şəban ayı mənim ayımdır».

İslam Peyğəmbəri (s) bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan, mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Peyğəmbər (s) həmçinin buyurmuşdur: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».

İmam Zeynəlabidin (ə) barədə rəvayət olunub ki, o, «Allahummə salli ələ Muhəmmədin və ali Muhəmməd şəcərətin-nubuvvəti ...» duasını şəban ayında günorta vaxtı oxuyarmış (İlahi! Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə), nübuvvət şəcərəsinə, risalətin nazil olduğu xanədana, mələklərin bir-birini əvəz etdiyi məkana, elm mədəninə, vəhy Əhli-beytinə (ə) salavat göndər…) /«Məfatihul-cinan», səh. 408-411/ ).

Eyni zamanda, ibn Xaluyedən nəql edilir ki, bu ayda Həzrət Əli (ə) və onun övladları (ə) aşağıdakı münacatı oxuyardılar: «Allahummə salli ələ Muhəmmədin vəsmə’ dua’i iza də-əvtukə…» (Allahım! Salavatın olsun Həzrət Muhəmmədə (s) və Əhli-beytinə (ə), eşit duamı Səni çağırdığım zaman… ) /«Məfatihul-cinan», səh. 412/



Şəban ayının birinci gecəsi

Mötəbər mənbələrdən olan «İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur və onlardan biri də 12 rəkətli namazdır ki, burada «Həmd» surəsindən sonra 11 dəfə «Tövhid» surəsi oxunur. Bu namaz 6 ikirükətli namaz kimi qılınır.



Şəban ayının birinci günü

Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının birində oruc tutan şəxsə behişt vacib olar».



Şəban ayının üçüncü günü

Bu - ilin ən mübarək günlərdən biridir. Şeyx Misbah kitabında yazır ki, İmam Hüseyn (ə) şəban ayının 3-ü, cümə axşamı dünyaya gəlmişdir. Bu gün «Allahummə inni əs-əlukə bihəqqil-məvludi...» (Allahım! Həqiqətən mən bu günkü mövludun haqqına and verib, Səndən diləyirəm…) duasını oxumaq müstəhəbdir. /«Məfatihul-cinan», səh. 418/







Həzrət Peyğəmbərə (s) sual etmişlər ki, «Hansı günlərin orucu daha əfzəldir?» Cavabında Həzrət (s) buyurmuşdur ki, «Ramazan ayına hörmət və tə’zim nümayiş etməyə görə - Şəban ayının orucu».



Şəban ayının əməllərindən;





- Şəban ayında sədəqə verməyin böyük savabı vardır;

- Şəban ayında çoxlu tövbə etmək tövsiyə edilmişdir;

- Şəban ayında hər gün 70 dəfə bu duanı oxumaq məsləhət görülür:







«ƏSTƏĞFİRULLAHƏ VƏ ƏS-ƏLUHUT-TƏVBƏ».

mebes gunu

Rəcəb ayının 27-də hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məb’əs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.
Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.


Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.

Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür.

Rəcəb ayının 10-u hicri 195-ci il - İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.

Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.

Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.

Rəcəb ayının 15-i, hicri 62-ci ildə Kərbəla həqiqətlərini dünyaya çatdıran, zalım yezid istibdadını öz qəhrəman çıxışları ilə lərzəyə gətirən Həzrət Zeynəbın (s.ə.) vəfatı günüdür.

Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.

Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.

Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.

Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı – Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.

Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha(s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.

Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə «yox!» deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.

deyerler.orq