Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

воскресенье, 4 июля 2010 г.

B.VAHABZADE.

ALLAH...






İdrakda yol açmış gecedən gündüzə ALLAH,

Güldürməsən öz könlünü,gülməz özə ALLAH.

Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,

Qəlbin gözü yanmasa,görünməz gözə ALLAH.



ALLAH! bilirik cisim deyil,bəs nədir ALLAН

Ən yüksək haqda olan həqiqətdir ALLAH.

Dondunsa təkamül və gözəllik qabağında.

Dərk et bu,təəccübdə,bu heyrətdədir ALLAH.



Bildik,bilirik,gizlidir insandakı qüdrət.

Hər kəs onu fəhm etməsə,acizdir, o əlbət.

İnsanın borcudur insanlığa hörmət,

İnsanlığa hörmətdə,ləyaqətdədir ALLAH.



Gerçəkdə budur: gizlidir hər zərrədə vəhdət.

Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.

Gprdüklərimiz zahiridir ,bətnə nifuz et!

Bətndəki,cövhərdəki fitrətdədir ALLAH.



Fitrət də yatır sözdə,sözün oz yükü fikrim.

Seçmiş seçəcək daima tükdən tükü fikrim

Mən bir ağacam,yarpağı sözlər,kökü fikrim.

Sözdə deyil,sözdəki hikmətdədir ALLAH.



İnsan! təpədən dırnağa sən arzu,diləksən.

Nəfsində duyumsuz,fəqət eşqində mələksən.

Zülmün üzünə haqq deyilən şilləni şəksən,

Şilləndə möhürlənmiş o qeryrətdədir ALLAH.



Cahil enər alçaqlığa,öz qəlbinə yenməz,

Vijdandan dönsə əgər, xeyrindən o dönməz.

Zülmətdə,cəhalətdə,ədavətdə o görünməz,

İlqarda,sədaqətdə,məhəbbətdədir ALLAH.

Комментариев нет:

Отправить комментарий