Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

пятница, 2 июля 2010 г.

Bizi əhv eylə İlahi, Əlinin(ə) xatirinə.




Gəl Haqqı eyləmə inkar, Əliyə(ə) beyət elə,

Et Qedir-Xumdan həya, ar, Əliyə(ə) beyət elə,

Get oxu tarixi təkrar, Əliyə(ə) beyət elə,

De ki; ya Heydəri-Kərrar, Əliyə(ə) beyət elə,

Bunu et üç dəfə iqrar, Əliyə(ə) beyət elə,

Zərrə vicdanin əgər var, Əliyə(ə) beyət elə,

Bizi əhv eylə İlahi, Əlinin(ə) xatirinə.



Kim edir mənim Ağamdan(ə) işi xahiş, düzəlir,

İşi Mövlamız(ə) edibdirsə sifariş, düzəlir,

Əli(ə) edirsə bir nəzərlə nəvaziş, düzəlir,

Vastəsilə bağlanirsa bu saziş, düzəlir,

Gələcək parlaq olursa,sonra keçmiş,düzəlir,

Ya Əli(ə) kəlməsilə düzəlməyən iş, düzəlir,

Bizi əhv eylə İlahi, Əlinin(ə) xatirinə.



Allaha məhəbbətin var,Əlinin(ə) qapısına get,

Rəsuluna(s) beyətin var,Əlinin(ə) qapısına get,

Düzəlməyən hacətin var, Əlinin(ə) qapısına get,

Əgər ki,ləyaqətin var,Əlinin(ə) qapısına get,

Öyünmə,fərasətin var,Əlinin(ə) qapısına get,

Kişisən? cəsarətin var,Əlinin(ə) qapısına get,

Bizi əhv eylə İlahi,Əlinin(ə) xatirinə.



Əlinin(ə) xatiri Allaha əzizdi,Elədi,

Əlinin(ə) elmi damla deyil,dənizdi,Elədi,

Əlinin(ə) qoyduğu iz İlahi izdi,Elədi,

Rəsul(s) ilə Əlinin(ə) nuru əkizdi,Elədi,

İnkar edən Onu(ə) kafirdi,mərizdi,Elədi,

Əli(ə) məsum imamdı,pakdı,təmizdi,Elədi,

Peyğəmbərdən(s) sonra Xəlifədi(ə)!Düzdü? Elədi!!!

Bizi əhv eylə İlahi,Əlinin(ə) xatirinə.



Sev Əhli-beyti(ə) Həzin,car elə,bərkdən belə de,

Ya Əli(ə),bizləri sal diqqətinin təsirinə,

Allaha dua elə,sidqi-ürəkdən belə de:

Bizi əhv eylə İlahi,Əlinin(ə) xatirinə.

Bizi əhv eylə İlahi,Əlinin(ə) xatirinə.

Комментариев нет:

Отправить комментарий