Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

понедельник, 30 августа 2010 г.

Tanri Ezraile:


"Ya Ezrail! Qullarimdan her hansi birinin canini alinca hech uzuldunmu?"-

-Ya Rabb her shey Sene melumdur. Yalnizca bir qulunun ruhunu alinca chox uzuldum. Bir gemi daglara chirpilib parchalandi. Orada bir ana ve bir ushaq vardi. O ananin canini almaq tapshirilmishdi. Onun canini alinca chox uzuldum. Korpeni ise bir taxtanin uzerinde bir adaya atdim. Yetim qaldi.

Tanri:

“Bes sevinerek her hansi bir qulumun canini aldinmi? ”

Beli tanrim. Bir zalim padshah vardi. Butun xalq onun elinden bezar idi. Bax o qulunun canini severek aldim.

“Padshahin kim oldugunu xatirlayirsami?”

-Xeyr xatirlamiram Ya Rabb-deyince, Tanri buyurdu:

“Hemen o padshah anasinin canini uzulerek aldigin yetim ushaqdir, zalim padshahdir”
Iblis, butun seytanlarla boyuk bir yigincaq teskil edir. Nitqine bele baslayir:


"Biz Muselmanlari mescide getmekden saxlaya bilmirik. Onlari Quran

oxumaqdan ve dogru isler gormekden de cekindire bilmirik. Ondan basqa, onlari Allahi ve Mehemmed Peygemberi (s.a.s) dusunmekden de saxlaya bilmirik. Allahla baglantilari cox gucludur, qira bilmirik."





"Beledirse, qoyun onlar mescidlere getsinler, daim bir yerde olsunlar. Eybi yox. Amma onlarin zamanlarini ogurlayin!!! Belelikle de, onalrin Allahi ve Resulu Mehemmedi dusunmeye vaxtlari qalmasin. Sizden istediyim tek budur!!!" - dedi Iblis.

"Onlari daim meshgul edin, Allahla baglantilari zeiflesin!!!"

Seytanlar cavabinda: "Bunu nece ede bilerik ki?" - sorushdular.

Iblis: "Onlarin beynini tez-tez kicik islerle, menasiz dusuncelerle mesgul edin."

"Onlari davamli olaraq xerclemeye tesviq edin. Xerclesinler, xerclesinler, sonra da borclansinlar, borclansinlar"

"Xanimlari uzun saatlar boyunca evden xaricde islemeye mecbur edin, eyni zamanda kisileri de heftede 6-7 gun, gunde 10-12 saat islemeye mecbur edin. Belelikle, onlarin ozlerine ve ailelerine, sevdiklerine ayirmaga bosh vaxtlari qalmasin."

"Onlari ovladlari ile vaxt kecirmekden cekindirin. Hetta evde de ishlerinin agirligini uzerlerinde hiss etsinler. Beyinlerini ele meshgul edin ki, onlari Allahla birge olmaga sesleyen kicik sesleri de esitmesinler."

"Onlari daima musiqi dinlemeye teshviq edin, evde, ishde, hetta mashinda da radio, CD dinlesinler. Evlerinde TV, VCD, kompyuter daima aciq olsun. Bunlar insanlarin beyinlerini meshgul eder ve bununla da Allahi ve Resulu Mehemmedi dusunmeye vaxtlari qalmaz."

"Stol ustunde hemise qazet ve jurnallar olsun, oradaki xeberler beyinlerini 24 saat meshgul etsin. Hetta mashin surerken de nezerlerini reklam plakatlarina cekin."

"Onlarin e-mail adreslerini reklamlar, menasiz mektublar, junk mailler, sifarish kataloqlari ile doldurun ki, onlari silmek ucun vaxt itirsinler."

"Goel, cazibedar manikenlerin jurnallarin uzerinde, TV-lerde tez-tez gorunmelerine sherait yaradin ki, kishiler onlari gorub, gercek gozelliyin bunlarda oldugunu ve xarici gorunushun esas oldugunu dushunsunler, heyat yoldashlarini beyenmesinler"

"Xanimlarin cox yorgun olmalina calishin, bununla da kishilere lazimi sevgini gostere bilmesinler. Daima bashlari agrisin. Eger kishiler lazimi diqqet ve qaygini evde gormeseler, onu colde axtarmaga bashlayacaqlar. Bu da ailelerin daha tez dagilmasina sherait yaradacaq"

"Onlara menasiz hekayelerle zengin kitablar verin ki, ovladlarina heyatin gercek menasini basha salmaq evezine, o kitablari oxusunlar."

"Onlari o qeder meshgul edin ki, cole cixib, tebieti inceleyib, Allahin yaratdiqlarindan ders ala bilmesinler. Yaradilishin nece mukemmel oldugunu derk ede bilmesinler. Onlari bagli yerlere, oyunlara, konsertlere, kinoteatrlara getmeye vadar edin ki, tebietle biryerde olmaga vaxt tapa bilmesinler"

"Eger ozu kimi dusunen dostlari ile gorushduyunu gorseniz, onlari dedi-qodu etmeye mecbur edin. Ele seylerden danishmalirina sherait yaradin ki, aralarinda aixtilaf cixsin, inciklik yaransin"

"Heyatlarinin o qeder gozel ve mukemmel olmasina calishin ki, Allahi ve Onun gucunu dushunecek halda olmasinlar. Her seyi oz guclerine elde etdiklerine inansinlar. Sagliqlarina ve elde etdikleri nemetlere shukr etmek ehtiyaci duymasinlar."

"Bax, budur bizim mohteshem plan!!!"

SHEYTANIN SIZIN QIYMETLI VAXTINIZI ALMAGA IMKAN VERMEYIN. QIYMETLI ZAMANINIZI QIYMETLI INSANLARLA, YENI BILIKLER ELDE ETMEKLE, GOZEL ISLER GORMEKLE, ALLAHI VE ONUN RESULU MEHEMMED PEYGEMBERI DUSUNMEKLE KECIRIN.
Azərbaycanın imanlı cavanları, mənim din qardaşlarım bir neçə kəlmə nəsihət istəmişlər. Təbərrük olaraq zikr edilməsini münasib bildiyim hədisdə məsum imam buyurmuşdur ki, Allahın nəzərindən heç bir vaxt kənarda olmadığını bil. İnsan özünü həmişə Allahın hüzurunda hiss etməli, bütün əməl və rəftarlarını Allahın razılığını qazanmaq istiqamətində tənzimləməlidir. İnsanın oturuşu-duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və hətta bütün qəlbindən keçənlər Allahın hüzurundadır.


Əzizlərim, insanın ilahi ruhdan üfürülmüş nəfsi (canı) onun cismində Allahın əmanətidir. Dünyada həyat və varlıqdan üstün bir ne`mət yoxdur. Kamilliyin hər hansı bir mərtəbəsinə çatmaq istəsəniz, əvvəlcə özünüzü tanımalısınız. Nəfsi (özünü) tanımaq bilik qapılarının açılması üçün mühüm bir müqəddimədir. Çünki “özünü tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, insanın bütün diqqəti zəif və əzabkeş bədənini qorumağa yönəlir.

İnsan gənclikdə nəfsinin tərbiyə və təzkiyəsinə (gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz cavanlar həmişə Qur’ani-kərimə yaxın olmalı, susuzluqlarını bu ilahi çeşmədə yatırmalıdırlar. “Əllah, Əllah, fil-Qur`an” bütün övliyaların tövsiyəsidir. Qurandan faydalanmaq və bu sahilsiz ilahi okeanın bir guşəsinə çatmaq üçün əzəmətli və əvəzsiz Əhli-beyt maarifi ilə tanış olmaq lazımdır. Onların yolu, həyatı və ölümü kamillik istəyində olan insan üçün çox münasib bir nümunədir. İslam dininin mühüm üstünlüklərindən biri kamil insanların tərbiyəsidir. Bu məsələyə heç bir məktəbdə İslamdakı qədər diqqət yetirilmir. Məsumların öz bərəkətli ömürlərini hansı yolda sərf etdiklərini öyrənərək, həmin yolla səfərə çıxmalıyıq. Gənclərin diqqət yetirməli olduqları ən zəruri məsələlərdən biri məsum imamların həyatının öyrənilməsi və bu mövzuda düşünməkdir.

Əziz gənclər, ayıq olun! Bu gün küfr və zor dünyası İslamla gənclər arasında təfriqə yaratmaqdadır. Onlar gənclərin doğru yoldan azdırılması üçün qüvvələrini səfərbər etmişlər. Dinin və dini şəxsiyyətin məhvi üçün fəaliyyət göstərən azdırıcı vasitələr və mexanizmlər günbəgün artmaqdadır. Boş vaxtlarınızdan və mövcud imkanlarınızdan düzgün faydalanın, həqiqi dini tanımaq üçün ömrünü İslami araşdırmalara sərf etmiş mütəxəssislərdən istifadə edin.

Allah-təaladan diləyirəm ki, müsəlman dünyasını, xüsusilə gəncləri şeytanların şərindən hifz etsin, səadət və kamillik qapılarını onların üzünə daha artıq açsın. İnşəallah.
İmam Mühəmməd Baqir Reyğəmbərdən belə nəql edir: "Peyğəmbər oruc tutmuş bir qadının öz cariyəsini söydüyünü eşitdi. Bir yemək gətizdirib, o qadına "Ye!" - dedi. Qadın dedi: "Mən orucam, ya Peyğəmbər!". Peyğəmbər buyurdu: "Cariyəni söydüyün bir halda necə oruc ola bilərsən? Oruc yalnız yeməkdən və içməkdən çəkinmək deyildir. Allah orucu yeməkdən və içməkdən başqa, digər çirkin davranışlar və danışıqlara da pərdə qərar vermişdir. Nə azdır oruc tutan, nə çoxdur ac qalan!"


Peyğəmbərdən belə rəvayət olunmuşdur: "Kim bir oruclu şəxsə iftar verərsə, həmin oruc tutanın mükafatından bir şey azalmadan iftar verən şəxsə onun mükafatı mislində mükafat verilər. Həmin şəxsə oruclu şəxsin bu yeməyin verdiyi qüvvətlə gördüyü xeyir işin mükafatının misli də verilər."

Digər bir hədisdə buyurulur ki, Allah-Taala Ramazan ayının hər gününün sonunda iftar vaxtı min-min insanı Cəhənnəm atəşindən azad edər. Cümənin gecəsi və gündüzü olduqda, Allah Cəhənnəmin atəşindən hər bir saatda əzaba layiq olmuş min-min insanı azad edər. Ayın axırıncı gecəsi və onun gündüzündən Cəhənnəm atəşindən bütün ayda azad olunanların cəmi qədər insan azad olunar.

Həzrəti Məhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: «Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər». Cabir dedi: «Sənə fəda olum, bu nə yaxşı hədisdir!». Peyğəmbər ona belə cavab verdi: «Amma bu savaba yetməyin şərtləri də necə çətindir!».

Həzrəti Məhəmməd Peyğəmbər (s) buyurub: «Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar».

İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.

İmam Əli (ə) buyurub: «Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür»

Fatimeyi-Zəhra (ə): «Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun».

Fatimeyi-Zəhra (ə): «Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!»

İmam Sadiq (ə) buyurmuşdur: "Kim ramazan ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. Növbəti ramazana qədər yalnız Ərəfatda (Məkkədə Ərəfə günü hacıların durduqları yer) bağışlana bilər".

İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir şeyin bir baharı vardır. Quranın baharı da ramazan ayıdır."
HEKIM IBN ETIBE NEQL IDIR KI,IMAM BAGIR(E)-RIN XIDMETINDE OLDUGUM VAVT ORADA BOYUK CEMIYYET VARDI.BU VAXT ELINDE DEMIR ESA OLAN BIR KISHI DAXIL OLDU.O QAPIDA DURUB DEDI:"ESSALAMU ELEYKE YEBNE RESULILLAH VE REHMETULLAHI VE BEREKETUH"IMAM (e) BUYURDU:"ELEYKUMUS SALAM VE REHMETULLAHI VE BEREKETUH"


SONRA QOCA MESCIDDEKILERE UZ TUTUB SALAM VERDI,MESCIDDEKILERDE ONUN SALAMIN ALDILAR.QOCA UZUNU IMAMA (E) TUTUB ONUN YANINDA YER BISTEDI VE DEDI:"AND OLSUN ALLAHA,SIZI DE,SIZIN DOSTLARINIZIDA SEVIREM.MENIN BU MEHEBBETIM DUNYA MALI UCUN DEYIL.AND OLSUN ALLAHA SIZIN DUSHMENLERINIZI DE DUSHMEN BILIR,ONLARA NIFRET EDIREM.ALLAH SHAIDDIR KI,BU DUSHMENCILIYIMIN SEBEBI MENIMLE ONLARA OLAN KIN-KUDURET DEYIL.SIZIN HALAL BILDIYINIZI HALAL SAYIRAM,HARAM BILDIYINIZI HARAM.SIZIN QIYQMINIZIN INTIZARINDAYAM.EY PEYGEMBER(E) OVLADI,SENE FEDA OLUM,BU XUSUSIYYETLERLE QURTULUSHA UMID EDE BILEREMMI?"

IMAM (E) BUYURDU:"QABAGA GEL."HEZRET (E) ONU YANINA OTURDUB BUYURDU:"EY QOCA,BIR GUN BIR SHEXS SENIN MENE VERDIYIN SUALLA ATAM SECCADA(E) MURACIET ETDI.ATAM ONUN CAVABINI BUYURDU:EGER DUNYADAN GETSEN,PEYGEMBER(S),ELI(E),HESEN(E),HUSEYN(E),SECCADLA(E) GORUSHERSEN,QELBIN SERINLESHER.QELBINI FEREH BURUYER,SHAD OLARSAN,GOZLERIN ISHIQLANAR.SORGU MELEKLERI SENINLE XOSH REFTAR EDER.CANIN BURAYA(IMAM(E) ELI ILE MUBAREK BOGAZIN GOSTERDI)CATDIQDA HEYATDA GOZLERINI ISHIQLANDIRACAQ SHEYLER GORERSEN,BIZIMLE UCA BIR MEQAMDA OLARSAN"

DEYILENLERI QOCANIN O QEDER SEVINDIRDI KI,ONLARI IKINCI DEFE ESHITMEK ISTEDI.ONA GORE SUALINI TEKRARLADI "EY PEYGEMBER(E) OVLADI,NE BUYURDUN?"

IMAM BAGIR(E) DEDIYI SOZLERI TEKRARLADI. BU SOZLERI BIRDE ESHIDIB HONKUR HONKUR AGLADI.ONUN HALI HAMIYA TESIR ETDI.ETRAFDAKILARDA ONA QOSHULUB AGLADI.IMAM(E) ONA NEVAZISH GOSTERIB MUBAREK ELI ILE ONUN GOZLERINI SILDI.QOCA BASHINI QALDIRIB ERZ ETDI:"EYPEYGEMBER OVLADI,MUBAREK ELINI MENE VER."HEZRET(E) ELINI QOCAYA TEREF UZATDI.QOCA ONUN MUBAREK ELINI OPUB,GOZLERININ USTUNE QOYDU.YAXASINI ACIB IMAMIN(E)ELINI SINESINE CEKDI.SONRA AYAGA QALXIB SAGOLLASHIB GETDI.

IMAM BAGIR(E) QOCQ GOZDEN ITENEDEK ONUN ARXASINCA BAXDI.SONRA UZUNU ETRAFDAKILARA TUTUB DEDI:"KIM BEHISHT EHLI GORMEK ISTEYIRSE,BU SHEXSE BAXSIN."

HADISENI NEQL EDEN HEKIM IBN ETIBE DEYIR KI,HEC BIR EZADARLIQ MECLISI BU SAYAQ UZUNTU VE GOZ YASHI ILE KECMEMISHDI.
İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəsrə şəhərindən bir nəfər həzrət Əlinin (ə) hüzuruna gəlib ondan mömin dostlar və qardaşların hüquqları barədə soruşdu. Həzrət (ə) buyurdu: “Dost iki cürdür; xalis və həqiqi, səthi və zahiri. Həqiqi və xalis dost müxtəlif hadisələr müqabilində möhkəm bir pəncəyə bənzəyir. Belə adamlar insandan ötrü qol, qanad, ailə, var-dövlətdir. Əgər hər hansı bir dosta etibar edib ona arxayın oldun, öz can və malından onun yolunda fəda etməkdən çəkinmə. Dostluq elədiyi kəslərlə sən də dost ol, düşmən olduğu kəslərlə də düşmən ol. Eyiblərini və sirlərini gizli saxla. Gözəllik və yaxşılıqlarını zahir et. Lakin, bil ki, belə insanlar qırmızı yaqut kimi nadirdirlər.


Səthi və zahiri dosta gəldikdə isə ondan uzaq gəzmə. Lakin, öz daxilində olan gizli sirləri də onun üçün açma. Sən də ondan ötrü onun sənin üçün olduğu kimi şirindil və gülərüzlü ol.”

пятница, 13 августа 2010 г.