Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

пятница, 2 июля 2010 г.

"KƏRBƏLA"




Eşqin mənə qürur yeri,

Dəyişmədi zaman məni.

Qeyrətinə heyran oldum,

Əsir etdi yaman məni.

Məğlub etdin qanın ilə

Şimrlərin minini sən.

İtirsəndə hər şeyini,

İtirmədin dinini sən.



Nə deyim ki, mən nə yazım?

Şəninə olarmı layiq.?

Allahına,Rəsuluna,

Sən oldun vəfalı aşiq.



Əsğərini etdin qurban,

Neçə-neçə candan keçdin.

Allahından keçmədin sən,

Neçə məsum qandan keçdin.



Ağam Hüseyn,şahım Hüseyn,

Bədənsiz başına qurban.

Qiyamətə qədər ağa,

Hicrin ilə yanar bu can.



Şəhid oldu Əliəkbər,

Dönmədi haqq səfərindən.

Qaçırma gəl bu aşiqi,

Hesab günü nəzərindən.



Bu dünya sınaq yeri,

Allah bir gün çəkər hesab.

Sıyrılacaq qiyqmətdə,

Sifətlərdə olan niqab.



Həzrəti Abbasa qurban,

Bu dəyərsiz canım mənim.

Qiyqmətə qədər vallah,

Var əhdü-peymanın mənim.



Mehdiyə yalvaraq gərək,

Zühur edib gəlsin daha.

Şikayət edirəm,ağa,

Yetir bunu Rəsuləllaha



Necə dözdü bəs Zeynıbin,

Qəlbi cansız o canlara.

Ağı deyib ağla,qardaş,

Başsız qalan cavanlara.



Neçə Zəhra övladını,

Qanına qəltan etdilər.

Neçə südəmər körpənin,

Beçiyin al qan etdilər.



Müslümdən də yoxdur xəbər,

Abbasın qolları qələm.

Sənə yetə bilmədim mən,

Medi üçün bir əsgərəm.



Allahıma səslənirəm,

Eşit ahu-fəğanımı.

Tez göndər dözmür ürək,

Mehdi Sahibzmanımı.



Fatimənin gözü yaşlı,

Səkinənin qəlbi qandı,

Baçsız gördüm bədənini,

Könül evim parçalandı.



Hey səslədim səs gəlmədi,

Ay,Hüseyn,ay Hüseyn.

Övladların oldu çəhid,

Vay,Hüseyn,vay Hüseyn.



Ysını saxlaram hər an,

Nə qədər ki,vurur ürək.

Sən əhdinə oldun sadiq,

Biz də,sadiq olaq gərək.



Mən Əhli-Beyt aşiqiyəm,

Sizə canim fəda olsun.

Ölənəcən bu yoldayam,

Əhdə şahid Xuda olsun.



Salam olsun Muhəmmədə,

Sərvərimiz İmam Hüseyn.

Kəsildi Üməyyənin sonu,

Soyun edir davam Hüseyn.



Məndə sənin övladınam,

Museyi Kazım balasıyam.

Ölənədək haqq yolunda,

Sizə sadiq qalasıym.

Комментариев нет:

Отправить комментарий