Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

пятница, 2 июля 2010 г.

MUJDE...

Ayətullah Nasiri deyir, Ayətullah Behcətin yanında idim, ondan soruşdum, Hacağa, İmam Zamanın zühurunu müjdə verən bir xəbər varmı? Dedi, bəli, var. Soruşdum, mümkündür, xəbər verəsiz? Ayətullah Behcət buyurdu, mənim bir dostum var, o Həzrətlə görüşür. Bizə gəlmişdi, ondan soruşdum axır vaxtlarda İmamla görüşmüsən? Dostum dedi, bəli, görüşmüsəm. Dedim, o Ağanın fərəc və zühurundan da soruşdun? Dedi, bəli, soruşdum. Dedim, Ağa nə buyurdu? Dostum dedi, mən Ağadan soruşdum ümum müsəlmanlar üçün sənin zuhurun haçandır? İmam zaman buyurdu, yaxındır. Soruşdum, Yəbnə Rəsulullah, mən də sizin zühurunuzu dərk edəcəyəmmi? Buyurdu, hətta sizdən qocalar belə dərk edəcəklər. Ayətullah Nasiri deyir, mən ağa Behcətdən soruşdum, sizin dostunuzun neçə yaşı var? Ağa Behəct buyurdu, İmam Zamanla görüşən dostumun 62 iki yaşı var.

Комментариев нет:

Отправить комментарий