Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

воскресенье, 4 июля 2010 г.

İMAM ZAMAN ƏLEYHİSSALAMA XİTAB




Ey sərvəri din, şahi mübin, höccəti sübhan

Gözəl aduva qurban,

Ürəklər dolu qandır, yetiş dadə amandır

***

Axır nə qədər sayəneşin mehridir asan

Gəl ey xosrovi xuban

Axır nə qədər tul tapar müddəti hicran

Gəl ey xosrovi xuban

Axır nə qədər şiə qalar, didəsi giryan

Gəl ey xosrovi xuban

***

Sən gəlməsən islah ola müşküldü bu dünya

Dolub zülmilə dünya

Koştarü-fsadilə dolub dəhri səlapa

Dolub zülmilə dünya

Yoxdur çəkən asudə nəfəs qüssədən əsla

Dolub zülmilə dünya

***

Ey höccəti Həqq, şibhi Rəsul, natiqi Quran

Gəl ey xosrovi xuban

Zəhra balası, dadə yetiş, ey şəhi mərdan

Gəl ey xosrovi xuban

Sənsiz nə qədər səbr eləyər, şiə müsəlman

Gəl ey xosrovi xuban

***

İfritü-sitəm sayə salıb bərqi cəhanə

Gəl ey şahi zəmanə

Hər guşədə məzlum gəlib ahü-fəğanə

Gəl ey şahi zəmanə

Qəm atəşi hər ləhzə çəkər dildə zəbanə

Kəl ey şahi zəmanə

Zülmün odu çox şö”lə salıb külli cəhanə

Gəl ey şahi zəmanə

Zülmün dayağı rəhm eləmir pirü-cəvanə

Gəl ey şahi zəmanə

***

Gözlərdən olub Fatimənin qəbri nihandır

İşim ahü-fəğandır

Göz qəbrə dəyəndə o xanım əşgi fişandır

İşim ahü-fəğandır

Gəl qalmaya gizlində onun qəbri amandır

İşim ahü-fəğandır

Olmuş sənə bu şiə fəda əşgi rəvandır

İşim ahü-fəğandır

Oğlanlarının qəmlərinə göz yaşı qandır

İşim ahü-fəğandır

***

Dilsiz balanın yerdə qalıb qundağı şaha

Dirəng eyləmə şaha

Yandı sitəmi Hərmələdən itrəti-Taha

Dirəng eyləmə şaha

Комментариев нет:

Отправить комментарий