Ya RƏBB,mənə dərd et nəsib adət elədim mən
Dərdlərdi mənə yar,həbib,adət elədim mən.
Dərmanını göndərmə çəkim dərdini xoşdur,
Dərdsiz ölərəm ey təbib,adət elədim mən.
Dağlar qədəri dərdə dözüb,şükr edə hərgah,
Yoxdur mənə layiq rəqib adət elədim mən.
Qəlbin evi qəmlə doludur,mən qərib eldə,
Etmə daha qəmdən qərib,adət elədim mən.
Eşq- əhlidir Pərviz,nə bəla-dərd,sənə RƏBBİM,
Dərdlərmi unutdum və ibadət elədim mən.
Комментариев нет:
Отправить комментарий