Hacı Cəbrayıl "Ləbbeykə, Əllahümmə Ləbbeyk"
Ləbbeykə, Əllahümmə Ləbbeyk
Üz tutub gəlmişəm dərgahına mən
Dilimdə Ləbbeyk, əlimdə Ələm!
Razıyam, Xudaya qapında öləm-
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!
Ərəfat çölünü gəzdim piyada...
Neyləyim!? Ömrümü vermişəm bada...
Xudaya! Bir sənsən yetən imdada –
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!
Çox şükür ölmədim, gördüm bu günü,
Açıldı qəlbimin dağı düyünü...
Müqəddəs torpağa sürtüm üzümü
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!
Kim bilir dünyanın necədir yaşı -
Kim tapıb ilk dəfə o "Qara” daşı.
Həzrət Əli, olub ilk vətəndaşı –
Müqəddəs Kəbənin, Allah evinin!
Bu sirri Xudadır anlamaq çətin.
Cəbrayıl! Zehnini Nur – etmiş mətin.
Şükür – səna eylə gəldi rəhmətin-
Ləbbeykə, Əllahümmə Ləbbeyk!
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!
Комментариев нет:
Отправить комментарий