четверг, 8 июля 2010 г.
hedis.
1. Həzrət Peyğəmbər (s) buyurur: “İstənilən dəyərli bir işə “Bismillahir-Rəhmanir-Rəhim”siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar.”
2. Həzrət Peyğəmbər (s) buyurur: “Bismillahir-Rəhmanir-Rəhim”lə başlanılan dua rədd edilməz.”
3. İmam Sadiq (ə) buyurur: “Olsun ki, bizim bəzi şiələrimiz işlərin başlanğıcında “Bismillahir-Rəhmanir-Rəhim” deməyi unutsunlar. Nəticədə Allah-taala onları narahatçılıqlarla üzləşdirər ki, qəflətdən ayılıb, Allaha şükür-səna deməklə bu səhvi əməl dəftərlərindən paklasınlar.”
4. İmam Sadiq (ə) buyurur: “Hər kəs qəm-qüssə ilə üzləşərsə, üzünü səmaya tutub üç dəfə “Bismillahir-Rəhmanir-Rəhim” desin. Allah-taala qurtuluş yolunu həmin şəxsə aşkarlayar və qəm-qüssəni ondan uzaq edər.”
5. Həzrət Əli (ə) buyurur: “Sizlərdən hər kəs öz dükanına yaxınlaşarsa, ilk olaraq “Bismillahir-Rəhmanir-Rəhim” söyləsin ki, şeytan oradan uzaqlaşsın. Evə daxil olduğunuz zaman da öncə “Bismillahir-Rəhmanir-Rəhim” söyləyin - bu iş Allahın bərəkətini nazil edər və mələklər həmin evlə rabitə yaradar.
Həyat çətinliklərsiz ötüşmür. İnsan bütün çətinliklərdən sıxılsa da onların bəziləri həyati əhəmiyyət kəsb edir.
İnsanların ən çətin vəziyyəti aşağıdakı 4 haldır:
1. Ölüm hadisəsi, canın çıxması;
2. Nəkir və Münkirin sorğu-sualı;
3. Qiyamətdə yenidən oyanış;
4. Sirat körpüsündən keçmək.
Məhz bu müstəsna təhlükəli məqamlarda “Biamillahir-Rəhmair-Rəhim” insanın köməyinə gəlir.
Mömin şəxs can verən zaman “Bismillahir-Rəhmanir-Rəhim” desə, ölüm hadisəsi onun üçün asanlaşar.
İnsan qəbir zülmətində “Bismillahir-Rəhmanir-Rəhim” desə, torpaq onun üçün gülzara çevrilər.
Qiyamətdə yenidən oyanış zamanı kim “Bismillahir-Rəhmanir-Rəhim” desə, çöhrəsi ay kimi nurlu və gözəl olar.
Sirat körpüsünə ayaq qoyan zaman kim “Bismillahir-Rəhmanir-Rəhim” desə, cəhənnəm alovu ondan uzaqlaşar.
“Bismillahir-Rəhmanir-Rəhim” demək bütün hallarda faydalı olsa da, müəyyən məqamlarda onun dilə gətirilməsi daha çox əhəmiyyət kəsb edir.
“Bismillahir-Rəhmanir-Rəhim” deməyin mühüm məqamları:
1. Sözə başlayan zaman;
2. Quran oxumağa başlarkən;
3. Yatmazdan öncə;
4. Yemək və içmək zamanı;
5. Kişi öz həyat yoldaşı ilə xəlvətə çəkilərkən;
6. Evə daxil olarkən;
7. Evdən çıxarkən;
8. Ürəyə vəsvəsə daxil olan zaman;
9. Məktub və yaddaş yazan zaman;
10. Bazara daxil olub, alış-verişə başlayarkən;
11. Qəmlə üzləşərkən;
12. Qəzəblənən zaman;
13. Tənhalıq zamanı;
14. Dəstəmaz alarkən;
15. Heyvanları kəsərkən;
16. Ağrı və xəstəlik hissləri yarandıqda;
17. Nəqliyyat vasitəsinə minərkən;
18. Mühakimə edərkən;
19. Zərərverici heyvan tərəfindən incidildikdə.
Mənbə: “Quran və həyat”
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий