Rəzalətin taxtı – tacın haqq yolunda viran etdin.
Yezidlərin, Şimrlərin gülən gözün giryan etdin.
İlahinin dərgahına sərkərdə tək öndə getdin –
Şəhidlərin Sultanısan ya Hüseyn, ya Hüseyn!
Torpağına qurban olum, çün Kərbəla torpağıdır.
Bayrağına qurban olum, o Ələmdar bayrağıdır.
Çırağına qurban olum, o Zəhranın çırağıdır –
Şəhidlərin Sultanısan ya Hüseyn, ya Hüseyn!
Zəvvarların əskilməyir gecə - gündüz axın – axın.
Ey insanlar! Bir oyanın gedin yaxın, baxın – baxın!
Həzrət Abbas aşiqləri, zülmətlərə şimşək çaxın!
Şəhidlərin Sultanısan ya Hüseyn, ya Hüseyn!
Yalvarıram, iltimas et, Həzrət Əli versin izin.
Cəbrayılı qəbul eylə, gəlsin ora dizin – dizin...
Bargahına sürtülməkdən qabar olsun əlim – üzüm –
Şəhidlərin Sultanısan ya Hüseyn, ya Hüseyn!
Şahinlərin Sultanısan ya Hüseyn, ya Hüseyn!
05.06.2007.
Hacı Cəbrayıl Xıdırov
Комментариев нет:
Отправить комментарий