Cahil insan, demə sən qadına bir bənddi
hicab,
Qadının isməti, abrı, ona zinətdi
hicab.
Hicab olmazsa əgər, şəxsiyyəti tapdalanar,
Nankor insan gözünə gör necə sərhəddi
hicab.
Hicabın yoxluğudur aləmi çəkmiş fəsada,
Fəsad əhli olana gör necə də sərtdi
Allahın əmri budur qadına, örtsün hicabı,
Namazın düzlüyünə, qəbuluna şərtdir
hicab.
Fatimə aşiqi, bağla hicabı, etmə günah,
Bağlasan aşiq olarsan nə lətafətdi
hicab.
Həqq yolunda həmişə söz demək şərafətdir,
Hicabın qədrini bil, şani-şərafətdi
hicab.
Səməndərin bu cahanda yoxdur xoş güzarı,
Nə qədər yoxdu cəmiyyətdə ona dərddi
hicab
Комментариев нет:
Отправить комментарий