Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

понедельник, 30 августа 2010 г.

Tanri Ezraile:


"Ya Ezrail! Qullarimdan her hansi birinin canini alinca hech uzuldunmu?"-

-Ya Rabb her shey Sene melumdur. Yalnizca bir qulunun ruhunu alinca chox uzuldum. Bir gemi daglara chirpilib parchalandi. Orada bir ana ve bir ushaq vardi. O ananin canini almaq tapshirilmishdi. Onun canini alinca chox uzuldum. Korpeni ise bir taxtanin uzerinde bir adaya atdim. Yetim qaldi.

Tanri:

“Bes sevinerek her hansi bir qulumun canini aldinmi? ”

Beli tanrim. Bir zalim padshah vardi. Butun xalq onun elinden bezar idi. Bax o qulunun canini severek aldim.

“Padshahin kim oldugunu xatirlayirsami?”

-Xeyr xatirlamiram Ya Rabb-deyince, Tanri buyurdu:

“Hemen o padshah anasinin canini uzulerek aldigin yetim ushaqdir, zalim padshahdir”
Iblis, butun seytanlarla boyuk bir yigincaq teskil edir. Nitqine bele baslayir:


"Biz Muselmanlari mescide getmekden saxlaya bilmirik. Onlari Quran

oxumaqdan ve dogru isler gormekden de cekindire bilmirik. Ondan basqa, onlari Allahi ve Mehemmed Peygemberi (s.a.s) dusunmekden de saxlaya bilmirik. Allahla baglantilari cox gucludur, qira bilmirik."





"Beledirse, qoyun onlar mescidlere getsinler, daim bir yerde olsunlar. Eybi yox. Amma onlarin zamanlarini ogurlayin!!! Belelikle de, onalrin Allahi ve Resulu Mehemmedi dusunmeye vaxtlari qalmasin. Sizden istediyim tek budur!!!" - dedi Iblis.

"Onlari daim meshgul edin, Allahla baglantilari zeiflesin!!!"

Seytanlar cavabinda: "Bunu nece ede bilerik ki?" - sorushdular.

Iblis: "Onlarin beynini tez-tez kicik islerle, menasiz dusuncelerle mesgul edin."

"Onlari davamli olaraq xerclemeye tesviq edin. Xerclesinler, xerclesinler, sonra da borclansinlar, borclansinlar"

"Xanimlari uzun saatlar boyunca evden xaricde islemeye mecbur edin, eyni zamanda kisileri de heftede 6-7 gun, gunde 10-12 saat islemeye mecbur edin. Belelikle, onlarin ozlerine ve ailelerine, sevdiklerine ayirmaga bosh vaxtlari qalmasin."

"Onlari ovladlari ile vaxt kecirmekden cekindirin. Hetta evde de ishlerinin agirligini uzerlerinde hiss etsinler. Beyinlerini ele meshgul edin ki, onlari Allahla birge olmaga sesleyen kicik sesleri de esitmesinler."

"Onlari daima musiqi dinlemeye teshviq edin, evde, ishde, hetta mashinda da radio, CD dinlesinler. Evlerinde TV, VCD, kompyuter daima aciq olsun. Bunlar insanlarin beyinlerini meshgul eder ve bununla da Allahi ve Resulu Mehemmedi dusunmeye vaxtlari qalmaz."

"Stol ustunde hemise qazet ve jurnallar olsun, oradaki xeberler beyinlerini 24 saat meshgul etsin. Hetta mashin surerken de nezerlerini reklam plakatlarina cekin."

"Onlarin e-mail adreslerini reklamlar, menasiz mektublar, junk mailler, sifarish kataloqlari ile doldurun ki, onlari silmek ucun vaxt itirsinler."

"Goel, cazibedar manikenlerin jurnallarin uzerinde, TV-lerde tez-tez gorunmelerine sherait yaradin ki, kishiler onlari gorub, gercek gozelliyin bunlarda oldugunu ve xarici gorunushun esas oldugunu dushunsunler, heyat yoldashlarini beyenmesinler"

"Xanimlarin cox yorgun olmalina calishin, bununla da kishilere lazimi sevgini gostere bilmesinler. Daima bashlari agrisin. Eger kishiler lazimi diqqet ve qaygini evde gormeseler, onu colde axtarmaga bashlayacaqlar. Bu da ailelerin daha tez dagilmasina sherait yaradacaq"

"Onlara menasiz hekayelerle zengin kitablar verin ki, ovladlarina heyatin gercek menasini basha salmaq evezine, o kitablari oxusunlar."

"Onlari o qeder meshgul edin ki, cole cixib, tebieti inceleyib, Allahin yaratdiqlarindan ders ala bilmesinler. Yaradilishin nece mukemmel oldugunu derk ede bilmesinler. Onlari bagli yerlere, oyunlara, konsertlere, kinoteatrlara getmeye vadar edin ki, tebietle biryerde olmaga vaxt tapa bilmesinler"

"Eger ozu kimi dusunen dostlari ile gorushduyunu gorseniz, onlari dedi-qodu etmeye mecbur edin. Ele seylerden danishmalirina sherait yaradin ki, aralarinda aixtilaf cixsin, inciklik yaransin"

"Heyatlarinin o qeder gozel ve mukemmel olmasina calishin ki, Allahi ve Onun gucunu dushunecek halda olmasinlar. Her seyi oz guclerine elde etdiklerine inansinlar. Sagliqlarina ve elde etdikleri nemetlere shukr etmek ehtiyaci duymasinlar."

"Bax, budur bizim mohteshem plan!!!"

SHEYTANIN SIZIN QIYMETLI VAXTINIZI ALMAGA IMKAN VERMEYIN. QIYMETLI ZAMANINIZI QIYMETLI INSANLARLA, YENI BILIKLER ELDE ETMEKLE, GOZEL ISLER GORMEKLE, ALLAHI VE ONUN RESULU MEHEMMED PEYGEMBERI DUSUNMEKLE KECIRIN.
Azərbaycanın imanlı cavanları, mənim din qardaşlarım bir neçə kəlmə nəsihət istəmişlər. Təbərrük olaraq zikr edilməsini münasib bildiyim hədisdə məsum imam buyurmuşdur ki, Allahın nəzərindən heç bir vaxt kənarda olmadığını bil. İnsan özünü həmişə Allahın hüzurunda hiss etməli, bütün əməl və rəftarlarını Allahın razılığını qazanmaq istiqamətində tənzimləməlidir. İnsanın oturuşu-duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və hətta bütün qəlbindən keçənlər Allahın hüzurundadır.


Əzizlərim, insanın ilahi ruhdan üfürülmüş nəfsi (canı) onun cismində Allahın əmanətidir. Dünyada həyat və varlıqdan üstün bir ne`mət yoxdur. Kamilliyin hər hansı bir mərtəbəsinə çatmaq istəsəniz, əvvəlcə özünüzü tanımalısınız. Nəfsi (özünü) tanımaq bilik qapılarının açılması üçün mühüm bir müqəddimədir. Çünki “özünü tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, insanın bütün diqqəti zəif və əzabkeş bədənini qorumağa yönəlir.

İnsan gənclikdə nəfsinin tərbiyə və təzkiyəsinə (gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz cavanlar həmişə Qur’ani-kərimə yaxın olmalı, susuzluqlarını bu ilahi çeşmədə yatırmalıdırlar. “Əllah, Əllah, fil-Qur`an” bütün övliyaların tövsiyəsidir. Qurandan faydalanmaq və bu sahilsiz ilahi okeanın bir guşəsinə çatmaq üçün əzəmətli və əvəzsiz Əhli-beyt maarifi ilə tanış olmaq lazımdır. Onların yolu, həyatı və ölümü kamillik istəyində olan insan üçün çox münasib bir nümunədir. İslam dininin mühüm üstünlüklərindən biri kamil insanların tərbiyəsidir. Bu məsələyə heç bir məktəbdə İslamdakı qədər diqqət yetirilmir. Məsumların öz bərəkətli ömürlərini hansı yolda sərf etdiklərini öyrənərək, həmin yolla səfərə çıxmalıyıq. Gənclərin diqqət yetirməli olduqları ən zəruri məsələlərdən biri məsum imamların həyatının öyrənilməsi və bu mövzuda düşünməkdir.

Əziz gənclər, ayıq olun! Bu gün küfr və zor dünyası İslamla gənclər arasında təfriqə yaratmaqdadır. Onlar gənclərin doğru yoldan azdırılması üçün qüvvələrini səfərbər etmişlər. Dinin və dini şəxsiyyətin məhvi üçün fəaliyyət göstərən azdırıcı vasitələr və mexanizmlər günbəgün artmaqdadır. Boş vaxtlarınızdan və mövcud imkanlarınızdan düzgün faydalanın, həqiqi dini tanımaq üçün ömrünü İslami araşdırmalara sərf etmiş mütəxəssislərdən istifadə edin.

Allah-təaladan diləyirəm ki, müsəlman dünyasını, xüsusilə gəncləri şeytanların şərindən hifz etsin, səadət və kamillik qapılarını onların üzünə daha artıq açsın. İnşəallah.