Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

понедельник, 30 августа 2010 г.

İmam Mühəmməd Baqir Reyğəmbərdən belə nəql edir: "Peyğəmbər oruc tutmuş bir qadının öz cariyəsini söydüyünü eşitdi. Bir yemək gətizdirib, o qadına "Ye!" - dedi. Qadın dedi: "Mən orucam, ya Peyğəmbər!". Peyğəmbər buyurdu: "Cariyəni söydüyün bir halda necə oruc ola bilərsən? Oruc yalnız yeməkdən və içməkdən çəkinmək deyildir. Allah orucu yeməkdən və içməkdən başqa, digər çirkin davranışlar və danışıqlara da pərdə qərar vermişdir. Nə azdır oruc tutan, nə çoxdur ac qalan!"


Peyğəmbərdən belə rəvayət olunmuşdur: "Kim bir oruclu şəxsə iftar verərsə, həmin oruc tutanın mükafatından bir şey azalmadan iftar verən şəxsə onun mükafatı mislində mükafat verilər. Həmin şəxsə oruclu şəxsin bu yeməyin verdiyi qüvvətlə gördüyü xeyir işin mükafatının misli də verilər."

Digər bir hədisdə buyurulur ki, Allah-Taala Ramazan ayının hər gününün sonunda iftar vaxtı min-min insanı Cəhənnəm atəşindən azad edər. Cümənin gecəsi və gündüzü olduqda, Allah Cəhənnəmin atəşindən hər bir saatda əzaba layiq olmuş min-min insanı azad edər. Ayın axırıncı gecəsi və onun gündüzündən Cəhənnəm atəşindən bütün ayda azad olunanların cəmi qədər insan azad olunar.

Həzrəti Məhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: «Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər». Cabir dedi: «Sənə fəda olum, bu nə yaxşı hədisdir!». Peyğəmbər ona belə cavab verdi: «Amma bu savaba yetməyin şərtləri də necə çətindir!».

Həzrəti Məhəmməd Peyğəmbər (s) buyurub: «Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar».

İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.

İmam Əli (ə) buyurub: «Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür»

Fatimeyi-Zəhra (ə): «Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun».

Fatimeyi-Zəhra (ə): «Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!»

İmam Sadiq (ə) buyurmuşdur: "Kim ramazan ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. Növbəti ramazana qədər yalnız Ərəfatda (Məkkədə Ərəfə günü hacıların durduqları yer) bağışlana bilər".

İmam Sadiq (ə) buyurmuşdur: "Hər bir şeyin bir baharı vardır. Quranın baharı da ramazan ayıdır."

Комментариев нет:

Отправить комментарий