Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

среда, 30 июня 2010 г.

BEHLUL DANENDE

Bir gün Bəhlul Danəndə xəlifə Harun Ərrəşidə bir sual verir. Deyir: "Təsəvvür et səhradasan, 50-60 dərəcə istilik var. Yolunu azmısan, içməyə də su tapa bilmirsən. Artıq ölüm təhlükəsi ilə üzbəüzsən. Belə bir vəziyyətdə bir nəfər tapılır və sənə istədiyin qədər su təklif edir. Amma bunun müqabilində xilafətinin yarısını istəyir. Verərsənmi?" Xəlifə cavab verir: "Bəli, verərəm." Bəhlul soruşur: "Bir içim su üçün xilafətin yarsını verərsən?" Xəlifə deyir: "Bəli, ölməkdənsə hakimiyyətin yarısını vermək daha yaxşıdır." Bəhlul sözünə davam edir: "Təsəvvür et suyu içdin və ayaqyoluna getməlisən. Amma hər hansı səbəbdən bu işi görə bilmirsən. Bədənində xəstəlik tapılıb, böyrəklərində problem yaranıb
Bu zaman bir həkim yaxınlaşır və deyir: "Mən səni müalicə edərəm. Bir şərtlə ki, hakimiyyətin qalan yarısını da mənə verəsən." Verərsənmi?" Xəlifə cavab verir: "Bəli." Bəhlul yenə təəccüblə soruşur: "Bir dəfə ayaqyoluna getmək üçün xilafətin yarısını?" Xəlifə cavab verir ki, ölməkdən bu yaxşıdır. Bəhlul fürsətdən istifadə edib ona dəyərli bir nəsihət verir. Deyir: "Harun, hakimiyyətin yarısını bir içim suya, yarısını isə bir dəfə ayaqyoluna getmək üçün verməyə hazırsan. Bu qədər ucuz hakimiyyətə xatir mə`sum İmamın haqqını, xilafəti mənimsəməyə dəyərmi?"

Комментариев нет:

Отправить комментарий